Azərbaycanla Polşa arasında elm və təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanacaq

misir mərdanovAzərbaycan və Polşa arasında elm və təhsil sahəsində əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır. APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib.

Ötən həftə Polşa səfəri çərçivəsində bu ölkənin elm və təhsil naziri ilə görüşdə bununla bağlı qərarın qəbul olunduğunu deyən nazir polşalı həmkarını Azərbaycana səfərə dəvət etdiyini açıqlayıb. Artıq dəvət məktubu Polşa tərəfinə göndərilib.

«Polşanın müxtəlif universitetlərində Azərbaycandan 65 nəfər təhsil alır. Onlar öz hesablarına təhsil alanlardır. Polşanın iki böyük universiteti dövlət hesabına təhsil almaq üçün siyahıya daxildir və təsdiq olunub. Polşa görüşlərimizdə bu məsələ də müzakirə olundu», – deyə nazir vurğulayıb.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button