Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Azərbaycanın ingilis dilinə yiyələnmə göstəriciləri açıqlandı

İngilis dili bilikləri üzrə EF-in Qlobal Reytinqində İsveç ən yüksək, Yaxın Şərq isə aşağı yerdə qərarlaşıb. Ölkəmiz isə bu reytinq cədvəlində 46.12 EF EPI Hesabı ilə 60-cı sırada qərarlaşıb.

EF-in tədqiqati işlər üzrə direktoru Minh Tranın sözlərinə görə, EF EPI təhsil siyasəti üzrə böyük məlumat bazasına malikdir. “Biz şadıq ki, bu ildən EF EPI ilk ödənişsiz ingilis dili testi olaraq əldə edilən məlumatları sistemləşdirməyə başlayıb”.“EF İngilis Dilinə Yiyələnmə üzrə İndeks2015” bütün dünya üzrə ingilis dili biliklərinin vəziyyətini əks etdirir.  EF Education First” ölkələrin ingilis dili bacarıqlarına görə dünyanın ən böyük reytinqi olan “EF English Proficiency Index”i (EF EPI) 5-ci illik indeksi açıqlayıb. Hesabat ingilis dilini qlobal və regional səviyyədə öyrənmə tendensiyalarını müəyyən edir və ölkələrin ingilis dili bilikləri və onların iqtisadi rəqabətliliyi arasındakı münasibəti təhlil edir. Bu ilki EF EPI hesabatı ingilis dilini öyrənən 910,000 gəncin sınaq məlumatlarından istifadə etməklə sıralanan 70 ölkəni əhatə edir.

EF dünyanın ingilis dilini öyrənməkdə olan iki milyard əhalisinə yüksək keyfiyyətə malik, rahat və münasib ingilis dili testi təklif etmək üçün EFSET-i təqdim edir. Belə ki, Siz ödənişsiz olaraq www.efset.orgwww.efset.orgveb səhifəsində təqdim edilən EFSET ayrı-ayrı şəxslər, dövlət qurumları, universitetlər və özəl şirkətlər üçün olduqca əhəmiyyətli informasiya bazasıdır.

Bu yaxınlarda aparılan araşdırmalar EFSET-in müraciətçilərin ingilis dili bacarıqlarını müəyyən etməkdə TOEFL və IELTS kimi etibarlı olduğunu aşkar etmişdir. Harvard Universitetinin tədqiqatçıları EFSET-dən dil bilikləri ilə bağlı tədqiqatlar  aparmaq üçün də istifadə etməkdədirlər. Hazırda LinkedIn üzvləri öz ingilis dili biliklərini EFSET-lə qeyd edirlər. EFSET-in göstəriciləri EF EPI-ni gənclər üçün ingilis dili biliklərinin beynəlxalq standartı kimi inkişaf etdirmək niyyətindədir.

EF EPI-nin bu ilki əsas nəticələrində isə əsasən aşağıdakı məqamlar yer alıb.

Araşdırma ilk dəfə olaraq ölkələrin ingilis dili səviyyələri və ölkələrin araşdırma, inkişaf üzrə yüksək texnologiya ixracatları və xərcləri kimi onların innovasiya ölçüləri arasında əlaqəni aşkar edir.

  • Reytinqlərin hər il dəyişməsinə baxmayaraq ölkələrin ingilis dili bacarığı və adambaşına düşən ümummilli gəlir, həyatın keyfiyyəti, internet bağlantısı və digər çoxsaylı göstəricilər arasında nisbətlər güclü və sabit olaraq qalır.
  • Sorğunun keçirildiyi, demək olar ki, hər ölkədə qadınlar kişilərə nisbətən ingiliscə daha yaxşı danışırlar, lakin bu gender boşluğu Şimali Avropada dil peşəkarlığının çox yüksək olduğu ölkələrdə yoxdur.
  • Avropa ölkələri, xüsusilə də Skandinaviya ölkələri reytinqdə ilk onluğa iddia etməklə digər regionları üstələməkdə davam edirlər.
  • Yaxın Şərq və Şimali Afrika ingilis dili peşəkarlığının aşağı olduğunun müşahidə edildiyi tək regiondur.

EF EPI 2015-in tam reytinq siyahısı rəsmi veb veb səhifısində yerləşdirilib. www.ef.com/epi/ linkində isə EF EPI hesabatı və əlavə təhlillər əks olunub.

Məlumat üçün qey edək ki, “EF Education First” dil öyrənməyə, akademik təhsilə və mədəni təcrübəyə fokuslanan beynəlxalq təhsil şirkətidir. 1965-ci ildə əsası qoyulmuş EF-in missiyası “dünyanı təhsil vasitəsilə kəşf etmək”dir. 53 ölkədə 500-dən artıq məktəb və ofisə malik olmaqla EF Rio 2016 Yay Olimpiya Oyunlarının Dil Təlimi üzrə Rəsmi Təchizatçısıdır.

 

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button