Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Azərbaycanda universitetlərdə tələbə bileti pulla verilməlidirmi? – RƏSMİ AÇIQLAMA

telebeler-universitet-liderxeber-640_16011Strategiya.az bildirir ki, LiderXeber.com informasiya agentliyinə daxil olan məlumata görə, Azərbaycanda universitetlərə yenicə daxil olmuş tələbələrə “tələbə bileti”nin verilməsi üçün şərt qoyulub. Xüsusən də Sumqayıt Dövlət Universitetinin bir neçə tələbəsi saytımıza bildirib ki, tələbə biletinin verilməsi üçün onlardan 20 manat civarında pul istənilib. Pul verilmədiyi təqdirdə tələbələrə qayıb yazılacağı da deyilib. Bunu hətta universiteti bir neçə il əvvəl bitirmiş məzunlar da təsdiqləyib. Məsələni araşdırmaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Təhsil Nazirliyindən bildirildi ki, bu heç bir halda düzgün deyil. “Tələbə biletinin tələbələrə pulla verilməsi qanuna ziddir, qaldı ki, ona görə tələbə cəzalandırılsın. Hər hansı bir təhsil müəssisəsində oxuyan tələbəyə “tələbə bileti” təmənnasız verilməlidir”.

Mövzu ilə bağlı Sumqayıt Dövlət Universiteti ilə əlaqə saxladıq.

Universitetin Humanitar Məsələlər Üzrə prorektor Nizami Namazov bunları dedi:

“Tələbə biletinin tələbəyə pulla verilməsi qanundan kənar işdir. Belə şey ola bilməz. Əgər əlinizdə fakt varsa, gətirin. Kim tələbədən buna görə pul istəyirsə, sizə söz verirəm ki, onun haqqında protokol tərtib olunacaq, işdən azad olunmaqla bərabər şikayətlə bağlı prokroturaya göndəriləcək.

Onu da bildirək ki, Sumqayıt Dövlət Universiteti son zamanlar qınaq mərkəzinə çevrilən təhsil ocaqlarındandır. Belə ki, bir neçə gün bundan əvvəl hicablı tələbələr universitetə buraxılmayıb.

Xatırladaq ki, təxminən bir il bundan öncə ölkə başçısı İlham Əliyev xarici media orqanlarından birinə müsahibəsi zamanı Azərbaycanın təhsil ocaqlarında hicab qadağasının olmadığını bildirib.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button