Azərbaycanda məktəblilərin ümumi sayı AÇIQLANDI

Azərbaycanda dövlət və qeyri-dövlət əyani təhsil müəssisələrində sinif qrupları üzrə təhsil alan şagirdlərin sayı açıqlanıb. Modern.az rəsmi göstəricilərə istinadən xəbər verir ki,  respublika üzrə təhsil alan şagirdlərin sayı 1 milyon 520 min nəfərdir.

Onlardan 1 milyon 509 min nəfəri dövlət əyani ümumi təhsil müəssisələrində, 10928 nəfəri qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində təhsil alır.

Həmçinin şagirdlərin 918 mini şəhər, 602 min nəfəri kənd yerlərindəki təhsil müəssisələrində təhsil alırlar.

Rəsmi məlumata görə, 1-4-cü siniflərdə cəmi 632 000 nəfər şagird oxuyur ki, onlardan 388 min nəfəri şəhər, 244 min nəfəri kəndlərdədir.

5-9-cu sinifdə oxuyan şagirdlərin ümumi sayı isə 620 min nəfər təşkil edir. Onlardan 372 min nəfəri şəhərlərdə, 248 mini kəndlərdədir.

Orta ümumtəhsil məktəblərində oxuyan 10-11-ci sinif şagirdlərinin sayı isə 167 min nəfər təşkil edir. Onlardan 98 min nəfəri şəhər, 69 min nəfəri kənd yerlərindədir.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblərdə, internat məktəblərində və siniflərdə oxuyanlar ümumilikdə 6 nəfərdir ki, onlar da şəhərlərdə oxuyurlar.

 

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group