Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Azərbaycanda buraxılış və qəbul imtahanlarının birləşdirilməsi təklif edilir

tehsil nazirliyiTəhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov Azərbaycanda orta məktəb şagirdləri arasında repetitorluğun yayılmasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) ali məktəblərə qəbul imtahanlarının bir neçə fənn üzrə keçirməsinin də rolu olduğunu bildirir.

Mehrabov Trend-ə bildirib ki, TQDK tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirəcək.
“Nə qədər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul zamanı biliyin qiymətləndirilməsini ayrı-ayrı fənlər üzrə aparacaq, o zaman repetitorluq olacaq və daha da güclənəcək”, – Mehrabov deyib.
O bildirib ki, bunun qarşısını almaq üçün TQDK biliyin qiymətləndirilməsinin yeni modelinə keçməlidir.
İnstitut direktorunun sözlərinə görə, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi repetitorluğun aradan qaldırılmasına kömək edəcək. Şagirdin keçdiyi fənlər üzrə qiymətləndirmə aparılmalı və bunun mexanizmi hazırlanmalıdır.
“Humanitar, təbiət elmləri, riyaziyyat-informatika və digər təhsil sahələri üzrə qiymətləndirmənin nəticələri ümumiləşdirilməli və abituriyentə bununla bağlı sertifikat verilməlidir. Abituriyent də hansı sahə üzrə daha yüksək göstəricisi varsa, o sahəyə getməlidir”, – Mehrabov əlavə edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə Trend-ə deyib ki, orta məktəb şagirdləri arasında repetitorluq hələ buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən keçirildiyi zamandan mövcud olub.
Onun sözlərinə görə, bu gün repetitorluq yalnız 10-11-ci sinif şagirdləri arasında deyil, I sinif şagirdləri arasında da geniş şəkildə yayılıb.
Nağızadə hesab edir ki, buna görə də repetitorluğun belə geniş yayılmasının səbəbini qəbul imtahanlarının bir neçə fənn üzrə keçirilməsində deyil, tədrisin təşkilində axtarmaq lazımdır.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button