Azərbaycan və Macarıstan arasında “Nar Körpü”sü quran Ramil Əzməmmədovla müsahibə

Ramil_Azmammadov_DNH_1-300x200Macarıstanda yaşayan və ölkənin inkişafına öz zehni və maddi dəstəyini verən bir neçə xarici vətəndaşlar var ki, biz onlardan biri olan Ramil Əzməmmədovla müsahibəmizdə onun Macarıstan və macarlar barədə düşüncələri və ölkəmizdə gündəlik həyatı haqqında suallar verdik.

DailyNewsHungary: Macarıstana gəlməmişdən əvvəl Macarıstan haqda nə bilirdiniz?Ramil: Macarıstan haqqında məlumatı məktəbdə Coğrafiya dərslərində öyrənmişdim, dərsdə bizə Budapeşt və Dunay çayı haqqında sadə məlumatlar verilmişdi. Daha sonra mən Puşkaş (futbolçu) və Debreçen futbol klubu haqında eşitmişdim.

DailyNewsHungary: Azərbaycan və Macarıstan arasında hansı bənzərlik və fərqlər olduğunu düşünürsünüz?

Ramil: Ən təəccüblü bənzərliyin dillərimizdə olduğunu düşünürəm. Belə ki, hər iki dilin qrammatikasında oxşarlıq var və hətta bəzi sözlər eynidir ( arpa, alma, ana-anya və s.).

DailyNewsHungary: Nə qədər müddətdir ki, Macarıstandasınız və buradakı təcrübələriniz nədən ibarətdir?

Ramil: Mən 2010-cu ilin sentyabrında FAO təqaüdünü qazanıb Macarıstanda Sent İştvan Universitetində (SZIE) magistr təhsili almağa gəldim. 2012-ci ildə təhsilimi başa vurduqdan sonra Macarıstanda öz ticari şirkətimi (Sericovia MMC) qurdum və işləməyə başladım. Bununla yanaşı Azərbaycan Macarıstan Gənclər Birliyinin idarə heyətinin üzvüyəm. Artıq 3 ildən çoxdur ki, Macarıstanda yaşayıram.

DailyNewsHungary: Səhv etmiriksə, Siz Macarıstan üçün doğma olmayan xüsusi meyvə suyunu satırsınız. Bu fikir necə ortaya çıxdı?

Ramil: Doğrudur, bu 100% təbii sıxılmış orqanik nar şirəsidir. Sericovia MMC olaraq biz Azerbaycandan Macarıstana nar suyu idxal edirik. Əslində əsas fikir sadəcə Azərbaycan və Macarıstan arasında bir ticarət etmək idi. Kiçik bazar araşdırmasından sonra belə qənaətə gəldim ki, nar suyu bu iki ölkə arasında ticarət üçün ən yaxşı seçimdir. Nar suyu Macarıstan üçün sağlamlığa xeyirli və unikal məhsuldur.

DailyNewsHungary: Bu günlərdə sizin ticarətinizdə böyük irəliləyiş var, bu barədə məlumat verə bilərsinizmi?

Ramil: Əslində Macarıstan bazarına girməyimiz asan olmadı və bizə bir ilə başa gəldi. Baxmayarıq ki, hazırda bizim bu bazarda 6-7 əsas rəqibimiz var, biz kifayət qədər uğur əldə etmişik. Bu gün artıq bizim məhsullarımız ölkənin lüks restoranlarında təklif olunur, “Bio market”lərdə və bəzi böyük mağaza şəbəkələrində (məsələn: CBA) “Melagrana” və “+More” adı altında satılır. Gönbəgün bizim satış əhatəmiz genişlənməkdədir. Macarıstandan əlavə məhsullarımızı Almaniya, Polşa və İsveçə satırıq. Biz məhsulumuzun keyfiyyətinə və dadına güvənirik və dəfələrlə şahidi olmuşuq ki, bir dəfə məhsulumuzun dadına baxan şəxs davamlı müştərimizə çevrilir. Biz inanırıq ki, müştərilərimiz əsl nar suyunun dadını kəşf ediblər.

DailyNewsHungary: Sizin üçün Macarıstanın ən xüsusi yeri hansıdır?Ramil_Azmammadov_DNH_2

Ramil: Mən Macarıstanı çox sevirəm və Macarıtanın 15 şəhərini görmə fürsətim olub və bunlardan bəzilərini xüsusilə çox sevirəm: Mişkolç Tapolça, Balaton və Velençe gölləri. Budapeştin də özunəməxsus gözəl yerləri var. Məsələn Çitadella, Buda Qalası, Marqaret adası, Seçeni hamamı və s.

DailyNewsHungary: Sizin üçün ən sevimli idam növü hansıdır? Hər hansı bir Macar komandasına azarkeşlik edirsinizmi?

Ramil: Üzgüçülük, basketbol, futbol və tenis mənim xoşladığım idman növləridir.

DailyNewsHungary: Macarları təsvir edə biləcəyiniz üç xüsusiyyət hansılardır?

Ramil: Mehriban, dostcanlı və şən.

DailyNewsHungary: Bəzi hesabatlara görə macarlar irqçidilər. Burda yaşadığınız müddətdə irqçiliyin hər hansı forması ilə üzləşmisinizmi?

Ramil: Qətiyyən yox, burada yaşadığım müddətdə belə bir hadisə ilə nə üzləşmiş, nə də eşitmişəm.

DailyNewsHungary: Bir gənc olaraq Budapeştdə əyləncəyə tez-tez vaxt ayırısız?

Ramil: Vaxt məhdudiyyəti olduğu üçün əyləncəyə o qədər də çox vaxt ayıra bilmirəm. Tələbə olarkən daha çox əylənirdim..

DailyNewsHungary: Macarlar yeməyə həvəslidirlər, bəs sizin sevimli yeməyiniz hansıdır və onu özünüz evdə hazırlaya bilirsinizmi?

Ramil: Mən ən çox balıq qızartmasını xoşlayıram, nar şərabla çox dadlı olur və özüm evdə tez-tez bişirirəm. Macar yeməklərindən isə ən çox xoşladığım balıq supudur.

DailyNewsHungary: Biz ancaq pozitiv mövzulardan danışdıq, bəs sizcə macarlar hansı mövzuda daha yaxşı ola bilərlər?

Ramil_Azmammadov_DNH_3-300x214Ramil: Sadəcə xarici dil biliklərini inkişaf etdirsələr, daha yaxşı olar.

DailyNewsHungary: Biz bilirik ki, gələcəyi təxmin etmək mümkün deyil, bəs sizin planlarız nədir, gələcəyinizi burada təsəvvür edə bilirsiz?

Ramil: Biz SZIE-də dərslərə yeni başlayarkən demək olar ki, bütün professorlar bizdən niyə Macarıstanı seçdiyimizi və məzun olduqdan sonra planlarımız haqqında soruşurdular. Mənim cavabım həmişə eyni idi: Mən Macarıstan və Azərbaycan arasında bir körpü olmaq və bu iki ölkənin münasibətlərinin, əlaqələrinin yaxşılaşmasında payımın olmasını istəyirəm. Artıq həm ticarət, həm də sosial sahədə hədəflərimin bir hissəsinə çatmışam. Mənim Azərbaycanlı oldugumu öyrənən hər kəs mənimlə neft-qaz, kürü haqqında müzakirələr edir. İndi mən əlimdən gələni edirəm ki, nar şirəsini də Azərbaycanın ən tanınan məhsulları siyahısına daxil edim. Əminəm ki, yaxın gələcəkdə nəinki Macarıstanda, bütün Avropada hər kəs Azərbaycanın bu məhsulunndan xəbərdar olacaq və danışacaq.

DailyNewsHungary: Macar dili biliyiniz necədir, ən şox xoşladığınız söz və ya ifadə hansıdır?

Ramil: Mən Macar dilini sadəcə bir ildir öyranirəm və tezliklə bu dildə səlist danışmaq istəyirəm. ən çox xoşladığım söz bizim dildə “əla” mənasını verən “nagyszerü”dür. Mən istəyirəm ətrafımda hər şey əla olsun.


Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group