Azərbaycan və Koreya arasında təhsil əlaqələri müzakirə edilib

Tehsil_nazirliyi_141111Təhsil naziri Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya veirlən xəbərə görə, təhsil naziri Misir Mərdanov Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən və birgə əməkdaşlıq çərçivəsində təhsil sahəsi üzrə həyata keçirilən layihələrdən söz açıb.

Nazir distant ixtisasartırma təhsili və elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsində Təhsil Nazirliyinin maraqlı olduğunu bildirib. M.Mərdanov bu baxımdan distant ixtisasartırma təhsilinin tətbiqi məsələsinin əhəmiyyətli nəticələr verəcəyinə ümidvar olduğunu vurğulayıb.

KOICA-nın reallaşdırdığı layihələrin nəticələrindən bəhs edən qonaq təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni layihələrin reallaşdırılmasının önəmli olduğunu vurğulayıb. Kim Eun-Suk bu baxımdan distant ixtisasartırma təhsili və elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı layihələrin əhəmiyyətinə diqqət çəkib, müvafiq istiqamətdə qarşılıqlı müzakirələrin aparılmasının zəruriliyini nəzərə çatdırıb.

Daha çox göstər

Oxşar xəbərlər