Azərbaycan Universitetində “komandada iş” mövzusunda təlim keçirilib

_DSC0839 copy1Azərbaycan Universitetində Media klubunun təşkilatçılığı ilə “Komandada iş” mövzusunda təlim keçirilib. Təlimdə Media klubunun üzvləri ilə yanaşı, universitetin müəllim və tələbələri də iştirak edib.
Təlimçi Talıb Bayramov iştirakçılara komanda və lider anlayışları, liderlik və komanda qurma, komandanın idarə olunması, komandaya lider lazımdır ya yox və s. kimi mövzularda ətraflı məlumat verib. Qarşılıqlı müzakirə şəraitində baş tutan təlimdə Talıb Bayramov müəllim və tələbələrin suallarını da cavablandırıb.
Təlimin sonunda iştirakçılar tərəfindən təəssüratların dəyərləndirilməsi aparılıb və bu cür təlimlərin daha çox keçirilməsinin zəruriliyi vurğulanıb.
Media klubu tərəfindən tələbələrin şəxsi inkişafını nəzərdə tutan daha bir neçə maarifləndirici təlimin keçirilməsi planlaşdırılır.