Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Azərbaycan Turizm İnstitutu

Azərbaycan Turizm İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 avqust tarixli 925 saylı fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.2006-cı il, 45 saylı qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. 2006-cı ilin sentyabr ayında ilk tələbələrini qəbul etmiş ATİ-də hal-hazırda bir fakültə- “Turizm işinin idarə edilməsi”, səkkiz ixtisas- Menecment (turizmdə), Marketinq (turizmdə), Sosial-mədəni sahədə xidmət, Bədən tərbiyəsi və İdman (İdman turizmi), Muzeyşünaslıq-diyarşünaslıq (Mədəni turizm), Linqvistika (Bələdçi-tərcüməçi), Turizm, sanatoriya – kurort müəssisələrində tibbi xidmətin təşkili və Turizm, sanatoriya – kurort müəssisələrində təbii və qeyri-ənənəvi vasitələrlə sosial bərpa işi və üç kafedra- “Turizm fənnləri kafedrası”, “Ümumi fənnlər kafedrası” və “Dillər kafedrası” fəaliyyət göstərir. ATİ-nin inzibati və professor-müəllim heyətində 90-dan artıq əməkdaş çalışır.
Fəaliyyətinin qısa müddəti əhatə etməsinə baxmayaraq, ATİ bir sıra önəmli uğurlara nail olmuşdur. 2006-2007-ci illər üçün Tələbə Qəbulu Dövlət Komissiyasının rəsmi hesablamalarına əsasən ATI Azərbaycan ali məktəblər arasında reytinq sırasında üçüncü yerdədir, ölkəmizdə ilk dəfə olaraq ATİ-nin tələbələri həm də Krems İMC Tətbiqi Elmlər Universitetinin ( Avstriya) diplomuna sahib olmaq şansı qazanırlar və bu onlara eyni zamanda öz təhsillərini Avropanın digər ali təhsil müəssisələrində davam etdirmək şansı verir.
İnstitutumuz turizm sahəsinin təhsili ilə yanaşı onun təliminə və tədqiqinə də geniş diqqət ayırır. Bu məqsəddən irəli gələrək 2007-ci ildə BMT İP-in “Ölkədaxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” layihəsinin dəstəyi ilə yaradılmış ATİ Tədqiqat və İnkişaf Şöbəsi fəaliyyət göstərir.
ATİ elmi və ictimai fəaliyyətində gənc olduğu olduğu qədər də aktivdir. İstər ölkə istərsə də beynəlxalq səviyyədə bir çox konfransların iştirakçısı və təşkilatçısı olmuşdur, ATİ-də tələbələrin fəal tələbə həyatı yaşaması üçün hər cür şərait yaradılmışdır.
Günü-gündən inkişaf edən, ixtisaslaşan ATİ öz sahəsində təkcə Azərbaycanın yox, bütün regionun öncül təhsil, təlim və tədqiqat mərkəzi olmağı özünə hədəf seçmişdir.

AZƏRBAYCAN TURİZM İNSTİTUTUNUN MİSSİYASI

ATİ-nin missiyası Azərbaycanda turizmin inkişafına dəstək olmaq üçün yüksək ixtisaslı kadrlar hazırlamaq və tədqiqatlar həyata keçirməkdir. Biz təhsil müəssisəsi olaraq tələbələrimizin layiqli vətəndaş kimi yetişməsinə çalışırıq.

1. Marketinq və ictimaiyyətlə əlaqələr sahəsində:
•   ATİ-nin beynəlxalq və ölkə səviyyəsində tanıtımı, hədəf qrupları ilə effektiv münasibətin qurulması.
•   ATİ-nin fəaliyyəti haqqında məlumatlarda şəffaflığı və hesablılığı təmin etmək.

2. Tədqiqat və inkişaf sahəsində:
•   ATİ daxili tədqiqatların həyata keçirilməsi və müvafiq inkişaf təkliflərinin verilməsi
•   Azərbaycanda və dünyada turizm tədqiqatlarının aparılması və inkişafa yönəlmiş təkliflərin verilməsi.

3. Xarici Əlaqələr və layihələr sahəsində:
•   АTİ-nin lazımi xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqər qurmaq yolu ilə dünyanın inkişaf etmiş ölkələrin təhsil standartlarını mənimsəmək və bu prosesə Azərbaycanın töhfəsini vermək.

4. Kadrlar siyasəti (Kadrlar Şöbəsi)
•   ATİ-ni müvafiq ixtisaslı kadrlarla təmin etmək üçün lazımlı işləri görmək.
•   İşçilərin qiymətləndirilməsinin müntəzəm aparılması.
•   İşçilərin işə qəbulunda və xaric edilməsində müasir üsulların tətbiqi.

5. Kitabxana sahəsində
•   Turizm sahəsində lazımi yerli və xarici ölkələrdə çap olunmuş elmi və kütləvi ədəbiyyatları və məlumatlar ilə müntəzəm təmini.
•   Kitabxananın elektronlaşdırılması, yerli və xarici kitabxana şəbəkələrinə qoşulması.

6. Təşkilati-texniki təminat səhəsində (Təsərrüfat şöbəsi)
•   ATİ-nin normal tədris və tədqiqat fəaliyyəti ilə məşğul olması üçün təşkilati-texniki tədbirləri həyata keçirir.
•   ATİ-nin daxili internet şəbəkəsinin qurulması.
•   ATİ-nin lazımi kompyuter proqramları ilə təmin olunması
•   Otellərdə kompyuter proqramlarının tədris prosesinə cəlb edilməsi.
•   ATİ əməkdaşlarının və tələbələrin təhlükəsiz həyat fəaliyyətini təmin etmək.

Universitetin rəsmi saytı: tourism.edu.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button