Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi “Diplomatiya Könüllüləri” proqramını elan edir.

Təhsil Müşavirliyi elan edib ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli sərəncamına əsasən Azərbaycanda 2020-ci il “Könüllülər ili” elan edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi “Diplomatiya Könüllüləri” proqramını elan edir.

Könüllülük fəaliyyəti Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

“Diplomatiya Könüllüləri” üçün kriteriyalar

1. Azərbaycan Respublikası vətəndaşı olmaq
2. Türkiyə Respublikasında təhsil alan 18-25 yaş arası gənclər
3. Beynəlxalq münasibətlər, siyasət və əlaqəli fakültələrdə təhsil almaq
4. Öz sahəsi üzrə məlumatlı olmaq
5. Xarici dil bilikləri olan
6. İntizamlı və öyrənməyə maraqlı olan

“Diplomatiya Könüllülərinin” Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin iştirakı ilə təşkil edilən konfrans, panel və simpoziumlara dəstək verməsi gözlənilir.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi vətənpərvər, Azərbaycan dövlətçiliyinə və dövlətçilik ənənələrinə sadiq, müvafiq sahə üzrə məlumatlı, savadlı və aktiv gəncləri vahid platformada birləşdirməyi hədəfləyir. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülərə fəaliyyətin sonunda iştirakla bağlı arayış təqdim ediləcək və xüsusi fərqlənən tələbələr isə sertifikatla təltif olunacaqlar.

Diplomatiya Könüllüləri yaz proqramı üzrə son müraciət tarixi – 10.02.2020
Diplomatiya Könüllüləri yay-payız proqramı üzrə son müraciət tarixi – 15.04.2020

Əlaqə

Maraqlanan şəxslərin CV-ni [email protected] adresinə göndərməsi xahiş olunur.

Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz:

http://ankara.mfa.gov.az/?fbclid=IwAR3h-oAEBOLyw2mLPL70qBF7lX8fkh_6wKjuJ2NquyDBKl6-f6kXOIDdnnM

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button