Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti davam edir.

Bərdə rayon 8 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Könül Quliyevanın rəhbəri olduğu “Atamla birgə öyrənirəm” layihəsinin əsas məqsədi Azərbaycan Təhsil mühitində ataların rolunu artırmaq, onlara övladları ilə birlikdə yeni və müasir öyrənmə üsullarını aşılamaqdan və ata-övlad münasibətinin kiçik yaşlardan formalaşdırilmasından ibarətdir.

Layihə müddətində ilk öncə Bərdə rayonunda yerləşən məktəblərdə 4-cü sinif şagirdləri üçün layihə haqqında məlumat verilmişdir. Daha sonra layihədə iştirak etmək istəyən övlad və atalar birlikdə müraciət etmişlər. Daha sonra seçilən iştirakçılarla bir daha görüş keçirilmiş və təlimlərin günləri müzakirə olunaraq məlumatlandırılmışlar. Qeyd edək ki, layihə müddətində 5 fənn (Rəsm, həyat bilgisi, riyaziyyat, ingilis dili, ana dili) müəyyən olunmuşdur. Müəyyən olunmuş fənnlər ibtidai sinif müəllimləri ilə birlikdə müzakirə edilmiş və uyğun mövzular seçilmişdir.

Layihə çərçivəsində ilk təlim sessiyası 06 oktyabr 2019-cu il tarixində Bərdə rayonunda baş tutmuşdur. Layihə çərçivəsində müəyyən olunmuş 5 fənddən ilki olan riyaziyyat fənnindən valideynlər və övladlar bir yerdə çalışaraq müxtəlif tapşırıqlar yerinə yetirmiş və əylənərək öyrənmişlər. Təlim müddətində 2 mövzu müəyyən olunmuşdur. İlk mövzu “Vurma” olmuşdur. Burada valideynlər övladlarla birlikdə onlara eyni sayda verilmiş misalları, müəyyən vaxt çərçivəsində həll etməyə çalışmışlar. Daha sonra çay fasiləsi elan edilmişdir. Fasilədən sonra növbəti “İkirəqəmli ədədin birrəqəmli ədədə bölünməsi” mövzusu başlamışdır. Burada atalar və övladlar fərqli komandalar yaratmır və hər bir ata öz övladı ilə yarışmışdır. Burada da 2 fərqli flipçartlara yazılmış eyni misalları həll etməyə çalışan qruplar bir-birləri yarışmışlar. Sonda 2 sualla övladlar qrupu qalib olmuşdur.

Layihə çərçivəsində növbəti təlim sessiyası baş tutmuşdur. Layihə çərçivəsində müəyyən olunmuş 5 fənddən ikincisi olan həyat bilgisi fənnindən valideynlər və övladlar bir yerdə çalışaraq müxtəlif tapşırıqlar yerinə yetirmiş və əylənərək öyrənmişlər. Təlim müddətində 2 mövzu müəyyən olunmuşdur. İlk mövzu “İnsanın daxili orqanları, Orqanizmi necə qorumalı” olmuşdur. Burada valideynlər övladları ilə birgə insanın daxili orqanları, onların vəzifə və funksiyaları, eyni zamanda əhəmiyyəti haqqında məlumatlar almışlar. Övladlarla valideynlər arasında öyrəndikləri məlumatların mənimsənilməsi və ölçülməsi məqsədilə sorğu-sual yarışı keçirilmişdir. Daha sonra çay fasiləsi elan edilmişdir. Fasilədən sonra növbəti “İlk tibbi yardım, Məişət qəzaları, Yol hərəkəti qaydaları” mövzusu başlamışdır. Burada atalar və övladlar birgə məişət qəzaları vaxtı alınmış xəsarətlərə necə ilkin tibbi yardım edilməsi ilə bağlı praktiki olaraq biliklər əldə etmişlər. Burada da müəyyən olunmuş qruplar bir-birlərilə yarışaraq əyləncəli şəkildə öyrənmişlər.

Həyata keçirilmiş hər bir təlimin sonunda valideynlərin təklifləri dinlənilmiş və növbəti sessiya haqqında ətraflı məlumat verilmişdir.

Qeyd edək ki, layihənin və təimlərin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunacaqdır.

 

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button