AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

Azərbaycan Memarlıq və İnşaat UniversitetiAzərbaycan İnşaat Mühəndisləri Universiteti (AzİMU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930-1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır. AzİMU inşaat sahəsində Zaqafqaziyada ilk və hələlik yeganə ali təhsil müəssisəsidir. Universitet indiyə qədər 25 mindən çox yüksəkixtisaslı me’mar və inşaatçı-mühəndis hazırlamışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.

Fakültələr

Tikintinin iqtisadiyyatı və idarə edilməsi

Bələdiyyə tikintisi və təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi

Menecment (inşaatda)

Marketinq (inşaatda)

Me’marlıq

Me’marlıq mühitinin dizaynı

Me’marlıq abidələrinin bərpası və yenidən qurulması

Bağ, park və landşaft quruculuğu

Sənaye və mülki tikinti

Hidrotexniki tikinti

Bələdiyyə tikintisi və təsərrufatı

Meliorasiya mühəndis sistemlərinin tikintisi

İstilik qaz təchizatı və ventilyasiya

Su təchizatı və suayırma

Dəmir yol tikintisi və təsərrüfatı

Avtomobil yolları və aerodromların tikintisi

Körpülər və nəqliyyat tunelləri

Tikinti materialları, mə’mulatları və konstruksiyalarının istehsal texnologiyası

Ağac e’malının texnologiyası

Çətinəriyən qeyri-metal və silikat materiallarının texnologiyası

Tətbiqi geodeziya

Tikinti və tikinti materialları sənaye müəssisələrinin elektrik təchizatı.

İnşaatda texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması.

İnşaat, yol maşın və avadanlıqları

Tikinti materialları və mə’mulatları sənayesi müəssisələrinin maşın və avadanlığı

Tikinti və tikinti materialları sənayesi müəssisələrinin texnoloji, nəqliyyat maşın və avadanlağının texniki istismarı və servis xidməti

Materiallar fizikası (inşaatda)

Materialşünaslıq və yeni materiallar texnologiyası (inşaatda)

Mexanikləşdirmə və avtomatlaşdırma (inşaatda)

Hidrotexniki və meliorasiya mühəndis sistemləri tikinti işlərinin mexanikləşdirilməsi

Həyat fəaliyyətinin təhlükəsizliyi (inşaatda)

Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi

Mühəndis kadrlarının hazırlanması ilə 700 nəfərdən ibarət professor-müəllim heyəti məşğul olur. Bunlardan 100 nəfərdən çoxu elmlər dokturu, professor, 400 nəfərdən çoxu elmlər namizədi, dosent və baş müəllimdir. Onlarla yanaşı respublika tikinti kompleksinin aparıcı mütəxəssisləri də tədris prosesinə cəlb edilmişdir.

Universitetdə 42 kafedra fəaliyyət göstərir. Bunlar sosial-siyasi və humanitar, ümumi elmi, ümumi texniki və ixtisas kafedralarına bölünür.

Bunun üçün onlar burada “OCAQ” tələbə klubu, şahmat klubu, idman meydançaları, “Çənki” kinokonsert salonu və tələbə kafesindən istifadə edə bilirlər. Tələbə şəhərciyində sanatoriya-profilaktoriya fəaliyyət göstərir. Universitetin nəzdində tələbə poliklinikası, əsaslı kitabxana, tədris korpuslarında şöbələri və oxucu salonları, aspirantura şöbəsi, elmi tədqiqat bölməsi, istehsalat təcrübə şöbəsi vardır.

Xarici tələbələrlə iş üzrə dekanlıq 1977-ci ildən fəaliyyət göstərir və xarici ölkələr üçün mütəxəssislər hazırlayır. Ötən müddət ərzində dünyanın 40-dan artıq ölkəsindən 1000-ə yaxın tələbə universiteti bitirmiş, 50-yə yaxın xarici ölkə vətəndaşı alimlik dərəcəsi almışdır. Hazırda AzİMU-da dünyanın 15 ölkəsindən 400-yə yaxın tələbə və aspirant təhsil alır.

AzİMU-da təhsil alan xarici vətəndaşlar universitetin yataqxanasında yerləşdirilir, müqavilə bağlanır, qeydiyyat və viza məsələləri həll edilir. Xarici tələbələrlə iş üzrə dekanlıq xarici ölkə universitetlərinin inşaat bölümləri və digər təşkilatlarla əlaqə saxlayır. Xarici vətəndaşların hazırlığı ilə 65 nəfər müəllim məşğul olur. Onlardan 2 nəfəri elmlər doktoru, professor, 15 nəfəri elmlər namizədi, dosentdir. Təhsil 2 yolla aparılır: müqavilə və dövlət xəttilə.

AzİMU çoxpilləli təhsil sisteminə keçmişdir: bakalavr pilləsi-4 il, magistr pilləsi-2 ildir. Universitetdə təhsil əyani və qiyabi formalarda, ödənişli və ödənişsiz əsaslarla həyata keçirilir. Tələbələrimiz ali məktəblər arasında keçirilən idman yarışlarında, müsabiqələrdə fəal iştirak edirlər. Bir çox idmançılarımız dünya çempionu, beynəlxalq idman ustası adlarını qazanmışlar. Universitetdə “Sevinc” ansamblı fəaliyyət göstərir.

Daha çox göstər

Oxşar xəbərlər