Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Azərbaycan gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir

Heydər Əliyev Fondu və Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən 2012/2013-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində Azərbaycan gənclərinin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir.

Bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 80-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.

Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər.

Müsabiqədə iştirak etmək istəyənlər 2012-cu il iyulun 30-dan avqustun 9-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küç. 17). Qeydiyyatdan keçmiş abituriyentlər avqustun 10-da TQDK-da ingilis dilində yazı işi (inşa) yazmalı, yazı işindən məqbul alanlar Litvanın Azərbaycandakı səfirliyində müsahibədə iştirak edəcəklər.

Müsabiqədə müvəffəqiyyət qazananların Litvada təhsil alması dövlət hesabına maliyyələşdirilir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödənilməlidir.
Litvada təhsillə bağlı əlavə məlumat əldə etmək üçün Litvanın Azərbaycandakı səfirliyinə müraciət etmək olar (tel.: 537-04-07).

Aşağıdakı cədvəldə qəbul aparılan təhsil müəssisələrinin və ixtisaslarının siyahısı təqdim olunur (təhsil müəssisələri haqqında ətraflı məlumatı onların internet saytlarından əldə etmək olar):

Bakalavriat üzrə 

Ali təhsil müəssisəsi  Ali təhsil müəssisəsinin tipi  Ali təhsilin səviyyəsi  İxti-sas qru-pu  Təhsil proqramının adı  Qəbul planı  Təhsil proqramının dili  Tələbələr üçün əlavə tələblər   
Sosial Elmləri Kolleci

(College of Social Sciences)

www.smk.lt

Universitet

kollec

Professional bakalavr dərəcəsi təhsili II Beynəlxalq Biznes Menecmenti üzrə birgə dərəcə; 2 İngilis    
I Kommunikasiya elmləri;  
I Nəqliyyat və Logistika;  
II Beynəlxalq Biznes  
I Proqramlaşdırma  
Tətbiqi elmlər üzrə Alitus Dövlət Universiteti

(Alytus state university of applied sciences)

www.akolegija.lt

Universitet

kollec

Professional bakalavr dərəcəsi təhsili II Biznes Menecmenti 1 İngilis İngilis dilini bilmə səviyyəsi European Language levels B2 səviyyəsinə uyğun olmalıdır.  
Qərbi Litva biznes kolleci

(West Lithuanian business college)

www.vivk.lt

Universitet

kollec

Professional bakalavr dərəcəsi təhsili II Biznes Menecmenti 5 İngilis və ya Rus    
Hüquq və Biznes Beynəlxalq məktəbi

(International School of Law and Business)

www.ttvam.lt

Universitet

kollec

Professional bakalavr dərəcəsi təhsili II Biznes Menecmenti 1 İngilis    
II Turizm və Otel İdarəçiliyi 1  
II Marketinq 1  
III Beynəlxalq Biznes Hüququ 1  
Vilnus Gediminas Texniki Universiteti

(Vilnius Gediminas Technical University)

www.vgtu.lt

Universitet

 

Professional bakalavr dərəcəsi təhsili I Memarlıq 1 İngilis Abituriyentlər qəbul imtahanı verməlidirlər (qəbul testləri ilə bağlı abituriyentlər Beynəlxalq Təhsil Mərkəzinə (International Study Center) müraciət etməlidirlər)  
I İnformasiya Sistemləri Mühəndisliyi      
I Mühəndis İnformatikası    
I Mexanika Mühəndisliyi    
I Tikinti energetikası    
I Tikinti Mühəndisliyi    
II Nəqliyyat Mühəndisliyinin İqtisadiyyatı və Menecmenti    
II Biznes Menecmenti    
Siauliay Universiteti

(Siauliai University)

www.su.lt

Universitet

 

bakalavr dərəcəsi təhsili II Biznes İqtisadiyyatı 1 Rus (bəzi fənlər İngil.)    
III İngilis Filologiyası və

digər Xarici Dillər (İspan, fransız, alman)

İngilis və digər xarici dillər  
Klaipeda Universiteti

(Klaipeda University)

www.ku.lt

Universitet

 

bakalavr dərəcəsi təhsili I Liman Texnologiyası 2 İngilis və ya Rus  
I Gəmi Mühəndisliyi
I Mexanika Mühəndisliyi
I Elektrik Mühəndisliyi
I Landşaft Memarlığı
III Sosial İş İngilis
III İfaçılıq mədəniyyəti
III Rejissorluq
III İngilis Filologiyası
II Menecment
Litva Səhiyyə Elmləri Universiteti

(Lithuanian University of Health Sciences)

www.Ismuni.lt

Universitet

 

Birləşmiş təhsil (birinci və ikinci təhsil dövrlərini əhatə edir) IV Baytarlıq təbabəti 1 İngilis İngilis dilini bilmə səviyyəsi IELTS və ya TOEFL-la təsdiq olmalıdır.

Abituriyentlər qəbul imtahanı verməlidirlər (qəbul testləri ilə bağlı abituriyentlər Beynəlxalq Təhsil Mərkəzinə (International Study Center) müraciət etməlidirlər)

Birləşmiş təhsil (birinci və ikinci təhsil dövrlərini əhatə edir) IV Farmakologiya 1 İngilis
Kaunas Texnologiya Universiteti

(Kaunas University of Technology)

www.ktu.lt

Universitet

 

bakalavr dərəcəsi təhsili I Mexatronika 1 İngilis  
I İxrac Mühəndisliyi
I İnşaat Mühəndisliyi
I Memarlıq İngilis Müraciət edənlər

Universitetin Beynəlxalq Ofisinə motivasiya məktubu və öz şəxsi işlərini (rəngkarlıq, kompozisiya, memarlıq həlli və s.) göndərməlidirlər

 

 

Magistratura üzrə:  

Ali təhsil müəssisəsi  Ali təhsil müəssisəsinin tipi  Ali təhsilin səviyyəsi  Proqram N-si  Təhsil proqramının adı  Qəbul planı  Təhsil proqramının dili  Tələbələr üçün əlavə tələblər 
Siauliay Universiteti

(Siauliai University)

www.su.lt

  magistr dərəcəsi təhsili 26 Menecment (Turizm,  Menecment və İctimai Əlaqələr üzrə ixtisaslaşma) 2 Rus (bəzi fənlər İngilis)  
26 İqtisadiyyat (İqtisadiyyatın Analizi və Planlaşdırılması, Maliyyə və Bank İşi üzrə ixtisaslaşma)
28 Riyaziyyat Namizədlər riyaziyyat üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar
53 İncəsənət (Dizayn, Qrafika, Rəngkarlıq üzrə ixtisaslaşma) Namizədlər İncəsənət sahəsində  bakalavr dərəcəsinə malik olmalıdırlar
27 Musiqi Pedaqoqikasl Namizədlər Pedaqogika üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar
37 Mədəniyyət elmləri Namizədlər Sosial  və ya humanitar elmlər üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar
27 Karyera Edukologiyası Namizədlər Pedaqogika üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar
14 Kompyuter elmləri İngilis və ya Rus Namizədlər Kompyuter elmləri və ya Kompyuter mühandisliyi üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar
27 Mədəniyyətlərarası Təhsil və Meditasiya İngilis İngilis dilini bilmə səviyyəsi IELTS və ya TOEFL-la təsdiq olmalıdır
6 Mexanika Mühəndisliyi 2 İngilis Namizədlər Mexanika mühəndisliyi üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar
11 Siqnalların işlənməsi İngilis Namizədlər Elektronika və ya Elektrika mühandisliyi üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar
11 Elektrik enerjisi İngilis
14 İnformatika mühəndisliyi İngilis Namizədlər Kompyuter elmləri və ya Kompyuter mühəndisliyi üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar
Klaipeda Universiteti

(Klaipeda University)

www.ku.lt

  magistr dərəcəsi təhsili 19 Ekologiya və Ətraf Mühit 3 İngilis  
47 Avropa elmləri
42 Sosial İş
27

 

Ailə Təhsili və Uşaqların Hüquqlarının Qorunması
7 Gəmi Dizaynı İngilis və ya Rus
7 Dəniz Limanı Menecmenti
23 Texnoloji Nəzarət
3 Sənayedə Elektrik Avadanlığı və Avtomatika
14 İnformasiya Sistemləri
15 Landşaft Memarlığı
37 Dram Rejissoru
50 Fortepiano
27 Musiqi Pedaqogikası
50 Nəfəs və Simli alətlər
Vilnus Gediminas Texniki Universiteti

(Vilnius Gediminas Technical University)

www.vgtu.lt

Universitet

 

magistr dərəcəsi təhsili 19 Ətraf Mühiti Menecmenti və Təmiz İstehsal 1 İngilis  
3

 

Elektrik Energetikası

Sistemi Mühəndisliyi

6 İstehsalat Mühəndisliyi və

İnnovasiya Menecmenti

56 Biznes Menecmenti
Vilnus Universiteti

(Vilnius University)

www.vu.lt

Universitet

 

magistr dərəcəsi təhsili 26 Beynəlxalq Biznesin İqtisadiyyatı və Menecmenti 1 İngilis Müraciət edənlər bütün lazım olan sənədləri birbaşa Vilnus Universitetinə 1 may 2012-ci il tarixinədək təqdim etməlidirlər. Namizədlərin seçilməsini Vilnus Universiteti aparacaq.
26

 

Beynəlxalq Turizm Menecmenti
26

 

İqtisadi Analiz və Planlaşdırma
47

 

Şərqi və Mərkəzi Avropaşünaslıq
40 Beynəlxalq Kommunikasiya
40 İngilisşünaslıq  -İngilis ədəbiyyatı, linqvistikası, mədəniyyəti
26 Ekonometriya
26

 

Maliyyə və Sığorta Riyaziyyatı
49 Beynəlxalq və Avropa Birliyi Hüququ İngilis və ya Rus
39 Rusistika (ədəbiyyat, linqvistika, mədəniyyət) Rus

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button