Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Azərbaycan Dillər Universiteti

Azərbaycan Dillər Universiteti 1973-cü ildən müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən Azərbaycan Dövlət Dillər İnstitutu ölkəni xarici dillər üzrə müəllim və tərcüməçi kadrlarla təmin edir. Bundan əvvəlki dövrdə Dillər İnstitutu ilə hazırkı Rus dili və Ədəbiyyatı İnstitutu vahid ali məktəb kimi fəaliyyət göstərmişdir. Ötən dövr ərzində institutun maddi texniki bazası, elmi-pedaqoji kadr potensialı, kafedra, fakültə və ixtisaslarının keyfiyyət və kəmiyyət göstəriciləri xeyli yüksəlmişdir.

İnstitutda tələbələrin təlim tərbiyəsi ilə 600-ə yaxın müəllim, o cümlədən 37 nəfər professor, 157 nəfər dosent, 211 nəfər baş müəllim, 157 nəfər müəllim məşğul olur.

ADDİ-də ixtisasların profilinə uyğun kafedralarla yanaşı, bütün ixtisaslara xidmət edən genişprofilli kafedralar da fəaliyyət göstərir:

İxtisaslar

ingilis dili (pedaqoji)

ingilis dili (tərcümə)

ingilis dili (sinxron tərcümə)

german filologiyası (ingilis dili)

alman dili (pedaqoji)

alman dili (tərcümə)

fransız dili (tərcümə)

fransız dili (pedaqoji)

roman filologiyası (fransız dili)

ispan dili (tərcümə)

koreya dili (tərcümə)

regionşünaslıq (avropaşünaslıq)

İxtisas kafedraları

İngilis dili – tərcümə

İngilis dili – fonetika

İngilis dili – üslubiyyat

İngilis dili və ölkəşünaslıq

İngilis dili qrammatikası

İngilis dili leksikologiyası

Fransız dili fonetikası

Fransız dili – tərcümə

Alman dili fonetikası

Alman dili tərcümə

Alman dili leksikologiyası

İngilis dilinin tədrisi metodikası;

Ümuminstitut kafedralar

Fəlsəfə

Azərbaycan tarixi

Ümumi dilçilik

Pedaqogika

Psixologiya

Metodika

Ədəbiyyat

İnformatika

Azərbaycan dili

Rus dili

Mülki müdafiə

İnstitutda müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, o cümlədən eksperimental fonetika laboratoriyası, informatika və TTV nəzdində kompüter laboratoriyası, 2 kitabxana, idman zalı, tibbi xidmət məntəqəsi və s. tələbələrin istifadəsindədir. ADDİ-nin Avropanın inkişaf etmiş ölkələrindəki uyğun ali məktəblərlə, o cümlədən Fransanın TUR və LİON universitetləri, Almaniyanın GÖTE və BOXUM universitetləri, İngiltərənin KEMBRİC Universiteti ilə elm və kadr hazırlığı sahəsində sıx əlaqələri vardır. ADDİ-nin mə’zunlarına Respublika Təhsil Nazirliyinin tələbnaməsi əsasında təyinat verilir./TELEBE.AZ/

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button