Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Alimlər üçün Karnegi tədqiqat təqaüd proqramı

Qafqaz Tədqiqat və Resurs Mərkəzi (QTRM) 2012-2013 tədris ili üçün Karnegi tədqiqat-təqaüd Proqramını (CRFP) elan edir. Telebe.az-ın məlumatına görə Proqram Cənubi Qafqazdan olan alimlərə Birləşmiş Ştatlarda xüsusi tədqiqat işi aparmaq imkanı təklif edir. Layihə ACTR / ACCELS (Amerika Şurası) və Qafqaz Tədqiqat Resurs Mərkəzləri (QTRM): Karnegi Tədqiqat Təqaüd Proqramı (CRFP) Avrasiya Milli Şurası və Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birlikdə icra olunur.

Xüsusilə, sosial elmlər və humanitar sahələrdə çalışan alimlər Birləşmiş Ştatlarda universitet və institutlarında  fərdi, qeyri-dərəcə tədqiqat işi aparmaq üçün müraciət edə bilər. Proqram artıq tədqiqat sahəsində müəyyən nailiyyətlər əldə etmiş qabaqcıl tədqiqatçılar üçün nəzərdə tutulmuşdur. Tədqiqat müddəti 2012-ci ilin sentyabr ayıdan 2013-cü ilin yanvar ayına qədər davam edir. Ətraflı məlumat almaq üçün bu linkdən daxil olun

Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button