Avstriyada ali təhsil

Avstriyada fəaliyyət göstərən 23 cəmiyyət və 11  özəl ali məktəblərdə təhsil almaq üçün bütün şərait yaradılıb. Bu ali təhsil ocaqları çox geniş spektrda təhsil almaq imkanı verir. Qeyd edək ki, 2001-ci ildə Avstriyada ali məktəblərdə ləğv olunan pulsuz təhsil 2009-cu ildən Avropa ittifaqı və bir sıra digər ölkələrin vətəndaşları üçün (Azərbaycan da daxil olmaqla) yenidən bərpa olundu.

Avstriyanın paytaxtı Vyanada 13 universitet fəaliyyət göstərir.

Dövlət universtitetləri:

Vyana Dövlət Universiteti

Vyana İqtisadiyat Universiteti

Vyana Tibb Universiteti

Vyana Texniki Universiteti

Kənd Təsərüfatı Universiteti

Tətbiqi İncəsənət Universiteti

Təsviri İncəsənət Akademiyası

Musiqi və İncəsənət Universiteti

Baytarlıq Universiteti

Özəl:

Webster universiteti

MODUL universiteti

Ziqmund Freyd universiteti

Qeyd edək ki, Vyana universitetlərinin hamısı Baloniya tədrisi sisteminə keçiblər:

Bakalavr: Təhsil müddəti — 6 semestr. Təhsillərini bitirdikdən sonra məzunlara bakalavr dərəcəsi verilir.

Master: tədris müddəti — 4 semestr. Proqrama başlamaq üçün ixtisasa ekvivalent və ya həmin ixtisas üzrə bakalavr dərəcəsinin olması vacibdir. Təhsil bitdikdən sonra məzun master dərəcəsini alır.

Doktor (PhD), tədris müddəti — 6 semestr, master dərəcəsinin olması tələb olunur. Məzunlara elmlər doktoru dərəcəsi verilir.

Təhsilin qiyməti

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan,  Tacikistan, Qazaxıstan və digər ölkə vətəndaşları təhsil haqqından azaddır. Hər il Avstriyada 160 min xarici tələbə təhsil alır.

Avstriya universitetlərinə qəbul üçün nəzərdə tutulan tələblər:

Qeyd edək ki, bu tələblər dünyanın bir çox ölkələri ilə müqayisədə çox tolerantdır.

Hər bir universitetdə müxtəlif ixtisaslar üzrə tələbələr üçün müəyyən tələblər qoyulur. Ümumi qaydalar və sənədlər isə belədir:

Attestat və ya diplom;

Tələbənin alman dilində doldurduğu xüsusi anket;

Ətraflı şəxsi məlumat;

Alman dili bilik səviyyəsi sertifikatı – ən azı B2 səviyyəsi

Bəzən tələbədən motivasiya məktubu da istəyə bilərlər. Bu əsasən master dərəcəsi üçün müraciət edənlərdən tələb oluna bilər. Məktub ya alman, ya da ingilis dilində yazılmalıdır. Həmçinin professorların  xasiyyətnamələri də tələb oluna bilər. Bütün sənədlər notarial qaydada təsdiqlənməli və universitetin tələblərinə cavab verməlidir. Kiçik bir səhv qeydiyyatı ən azı bir semestr uzada bilər. Yaddan çıxarmaq lazım deyil ki, hər semestr Avstriya universitetləri 15 min tələbə toplayırlar.

Məlumatı hazırladı: Nigar Əlizadə /Telebe.az/

Daha çox göstər

Oxşar xəbərlər