Dərs ili: Yanvar/fevralın əvvəlindən dekabra kimidir.

Qəbul qaydaları: Tələbələr səviyyəli ali təhsil məktəbində oxumaq üçün artıq öz vətənlərində dərin biliyə malik olmalıdırlar.

Dilbilmə

Ingilis dilini mükəmməl bilmək vacibdir.

Xarici tələbələr dil bilmələrini təsdiq edən sənədi təqdim etməlidirlər. Avstraliya ali təhsil məktəbləri ingilis dilindən TOEFL (Test of English as a Foreign Language- Xarici dil kimi ingilis dilindən test imtahan) və İELTS (İnternational English Language Testing System – İngilis dilindən beynəlxalq test sistemi) kimi imtahanlardan keçən tələbələri qəbul edirlər.

Xarici tələbələrə kömək üçün Avstraliyada ingilis dili kursları təqdim edən kolleclər fəaliyyət göstərir.

Pul vahidi

Avstraliya dolları (1 ABŞ dolları = 1,83 Avstraliya dolları)

1 il ərzində təhsilə xərclənən pul

Xərclər öyrənilən fənnin növündən, təhsil müəssisəsindən, onun məkanından asılıdır. Orta hesabla xarici tələbəyə 7000-14000 məbləğində Avstraliya dolları lazımdır (yemək, nəqliyyat, əyləncə daxil olmaqla). Tibbi sığortaya təxminən ildə 275 dollar tələb olunur. Təhsil haqqı sizin seçdiyiniz institutdan və kursdan asılıdır: məsələn, iqtisadiyyat və ya hüquq ildə – 7000-10000 A$; tibb, təbiət elmləri və ya maşınqayırma – 11000-20000 A$ məbləğindədir.

Məlumat mərkəzləri

Avstraliyada təhsil almaq arzusunda olanlar Avstraliya Təhsil Mərkəzi (Australian Education center – AEC) və ya AİEF (Australian İnternational Education Foundation – Beynəlxalq təhsil üzrə Avstraliya fondu www.aief.edu.au) ilə əlaqə saxlaya bilərlər.

Avstraliya ikitərəfli proqramının köməyi ilə maddi dəstək istəyən xarici tələbələr öz ölkələrində bu cür yardım göstərən müvafiq rəsmi orqanlara və ya Avstraliya diplomatik nümayəndəliyinə müraciət etməlidirlər. Xarici tələbələrə kömək edən qurumların adını və ünvanını Avstarliya diplomatik nümayəndəliyindən almaq olar.

Education Resource Centre – Avstraliya səfirliyi nəzdində təhsil resursları mərkəzi. Qeydiyyat üçün telefon: 7 095 232 3284

Avstraliya universitetləri

Melburn Kral Texnologiya İnstitutu (Royal Melbourne Institute of Technology)

Melburn Kral Texnologiya İnstitutu – xarici tələbələrin sayına görə Avstraliyada böyük universitetlərdən biridir. Universitet məzunlarının yaxşı işlə təmin olunma imkanları var. Dizayn və informasiya texnologiyaları fakültələri tez-tez müxtəlif müəssisə və firmalardan elmi tədqiqatlar üçün sifarişlər qəbul edirlər. Universitetdə bu fakültələr mövcuddur:

Tətbiqi elmlər;

Incəsənət, dizayn və kommunikasiya;

Pedoqoji;

Biznes;

Mühəndislik;

Dil və sosioloji xidmətlər;

Səhiyyə;

Ətraf mühitin mühafizəsi

Pillələr:

Bakalavr – 2-4 il;

Graduate Certicate – 1 semestr;

Graduate Diploma – 1 il;

Magistratura – 1-3 il;

Fəlsəfə elmləri doktoru (PhD) – 3 il.

Bakalavr üçün ingilis dilini bilmə dərəcəsi İELTS üzrə 6.0 və ya TOEFL üzrə 580 bal olmalıdır.

Melburn universiteti (University of Melbourne)

Avstraliyanın təhsilvermə və elmi araşdırmalara görə ən yaxşı universitetlərindən biri – Melburn Universitetidir. Əsası 1953-cü ildə qoyulub. Universitetdə 11 fakültə fəaliyyət göstərir. Bakalavr, magistr, müxtəlif ixtisaslara görə, məsələn, memarlıq, tikinti mühəndisliyi, yerşünaslıq, iqtisadiyyat, kommersiya, incəsənət, pedaqoji, mühəndislik elmləri, tibb – stomatologiya, veterinariyaya görə elmlər doktoru adını almaq olar. Iki sahədə bakalavr pilləsi almaq üçün 5 il intizamlararası elmləri öyrənən kombinələşdirilmiş kursda oxumaq  lazımdır.

Bakalavr pilləsi üçün ingilis dilini bilmə dərəcəsi İELTS-dən 6.5 və daha çox bal olmalıdır.

Kvinslend Universiteti (Queensland University)

Kvinslend universiteti Avstraliyanın 5 ən yaxşı universiteti sırasındadır. Universitet istehsalçı və tədqiqat mərkəzləri ilə fəal əməkdaşlıq edir. 400 akademik proqramdan tələbələr arasında daha məşhur olanları e-commerce, mühəndis və tibb elmləri proqramlarıdır. Kvinslend universitetinin 45 laboratoriyası və bütün ştat üzrə tədqiqat mərkəzləri var. Bu fakültələr fəaliyyətdədir:

Biologiya və kimya;

Biznes, iqtisadiyyat və hüquq;

Mühəndislik, təbiət elmləri və memarlıq;

Tibb;

Təbii resurslar, kənd təsərrüfatı və veterinariya;

İctimai elmlər.

Universitetdə

Bakalavr 3-4 il;

Graduate Certificate – 1 semestr;

Postgraduate Diploma (PG) – 1-2 il;

Master – 1-3 il;

PhD – 3 il pilləri mövcuddur.

Bakalavr pilləsi üçün ingilis dili dərəcəsi İELTS- dən 6.0 bal olmalıdır.

Avstraliya universitetlərinə qəbul üçün ən əlverişli yol: hazırlıq ilini müvəffəqiyyətlə bitirmiş tələbələrə dünyada təhsilin səviyyəsinə görə  yüksək standartlara cavab verən Avstraliyanın aparıcı universitetlərinə qəbul olmaq üçün zəmanət verilir. Woolong University, Murdoch University, University of Sydney, Edith Cowan  University, Australian Catholic University, University of Macquarie bu universitetlər sırasındadır./TELEBE.AZ/

Comments

  1. salam men Bakıda yasayıram. Melburunda ıngılıs dılı kursuna getmek ıngılıs dılını mukemmel oyrendıkden sonra orda unıversıtet tehsılı alamq ısteyırem. Bununla baglı mumkunse mene sertler ve qıymet haqqında melumat vere bılersınızmı?

Leave a Reply

Your email address will not be published.