“Avropa Gənclər Parlamenti Azərbaycan” Məktəb Sessiyasına qəbul aparır

EYP Azerbaijan logo“Avropa Gənclər Parlamenti Azərbaycan” Təşəbbüs qrupu 9,10 və 11 sinif şagirdlərini ilk “Məktəb Sessiyasın”da iştirak etməyə dəvət edir. Tədbir tam olaraq ingilis dilində keçiriləcək və bu tədbirdə iştirak etmək istəyən şagirdlərin ingilis dili biliyinin orta səviyyədən yüksək olması tələb olunur. Bu tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin içtimai fəaliyyətə cəlb olunması,dünyagörüşlərini inkişaf etmirdəsi və dil biliklərini artırmaqdır.”Avropa Gənclər Parlamenti Azərbaycan” Avropa Parlamentinin simulasıyasıdır.Təşkilat 1987-ci ildə yaranıb.36-ya yaxın ölkədə nümayəndəlikləri vardır.Gənclər bu sessiyaya qoşulmaqla Avropada və Azərbaycanda olan problemlərin həll olunmasında öz fikirlərini söyləyəcək sonda isə qətnamələr hazırlanaraq AGP-nin Beynəlxalq Ofisinə göndəriləcəkdir.Tədbir 16-17 Fevral 2013-cü ildə Bakı Avropa Liseyində keçiriləcəkdir.
Bu tədbirdə “delegate” (müəyyən olunmuş komitənin üzvü) kimi və ya “official (President, vice-Prsident, Chair, Editor)” kimi iştirak etmək olar. “Delegate” kimi iştirak etmək istəyən şagirdlər üçün ərizə forması: https://docs.google.com/spreadsheet/viewform?formkey=dHVjYTFBcS1vUXFoZ1NJOExOQmVzTWc6MQ#gid=0   “Official” kimi iştirak etmək istəyən şəxslər üçün ərizə forması. Nəzərinizə çatdiraq ki, “official” kimi iştirak etmək istəyənlər arasında daha çox universitet tələbələrinə üstünlük veriləcək.: https://docs.google.com/spreadsheet/viewform?formkey=dGtLRXduTzhFclFLUnVOQXJENWs3MXc6MQ#gid=0 Son müraciət müddəti Komitə  üzvləri(delegate) üçün 6.02.2013 Komitə  sədrləri,Sessiyanin Prezidenti və vitse-prezidenti üçün 26.01.2013 kimidir. Əlaqə: eypazerbaijan@yahoo.com və  ya (050) 554-52-60 Səbuhi Əfəndiyev, Public Relations üzrə menecer

Comments are closed.