Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Avropa daxilində təhsil haqları və qrantların fərqi

Large-1-800x420Avropa Komissiyasının “Eurydice” təhsil şəbəkəsi bu günlərdə hazırladığı hesabatda 33 Avropa ölkəsində təhsil haqları, təhsil kreditləri və qrantlar arasında fərqlərin olduğunu qeyd edib. Almaniya isə təhsil haqlarını tamamilə ləğv edən yeganə ölkə kimi tarixə keçib. Bu barədə Avropa Parlamentinin rəsmi vebsaytında xəbər verilir.

Estoniya da 2014-cü ildə təhsil haqlarının ödənilməsi sistemində dəyişikliklər edib. Artıq tələbələrin təhsil üçün ödənişləri dərslərdən əldə etdikləri fəaliyyət göstəricilərinə görə dəyişəcək.

Avropada ən böyük miqdarlı təhsil haqları Böyük Britaniyada ödənilir. Onun ardınca İrlandiya, İtaliya, Latviya, Litva, Macarıstan, Niderland və Sloveniya gəlir.

Təhsil, mədəniyyət, multilinqvistika və gənclər üzrə Avropa komissarı Androulla Vassiliou “Avropa ölkələri təhsil sistemlərində böyük dəyişikliklər etməlidirlər. Bu dəyişikliklər təkcə tələbələrin iş tapması ilə əlaqəli olmamalıdır, onların təhsil haqları da dəyişməlidir. Aİ üzvləri təhsil haqlarını artıranda təqaüdləri də artırmalıdırlar”, – deyə bildirib.

Avropa ölkələrinin çox az qismində tələbələr təhsil haqları üçün qrantlar alır. Kipr, Danimarka, Malta, Finlandiya tələbələrinin hamısı, Lüksemburq, Nİderland, Şotlandiya, İsveç, Norveç tələbələrinin isə əksər hissəsi təqaüd qazanırlar.

Tələbələr üçün ayrılan kreditlər isə tələbənin ailə vəziyyəti və maddi durumu əsas götürülərək ödənilir.

Hesabat haqda

“Eurydice” təhsil şəbəkəsinin builki hesabatı 33 Avropa ölkəsinin təhsil haqları barədə məlumatı əhatə edir.

“Eurydice”

Avropa Komissiyasının “Eurydice” təhsil şəbəkəsi təhsil sistemini və onun prosedurlarını araşdırır. 40 milli bölmədən ibarət olan bu şəbəkə əsas göstəricilərini “Erasmus+” proqramının iştirakçılarının fəaliyyəti üzərində qurur. Şəbəkənin koordinasiyası Aİ Təhsil və Mədəniyyət Təşkilatı tərəfindən aparılır.

eunews.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button