ATGTİ tələbələr üçün Olimpiada mövsümünü açıq elan edir

atgtiAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə tələbələr arasında aşağıdakı mövzularda bilik olimpiadaları keçirilir. Təhsil aldığı müəssisə və ixtisasından asılı olmayaraq olimpiadalarda iştirak etmək istəyən hər bir tələbə son qeydiyyat tarixinə kimiwww.atgti.az saytına daxil olub ərizə formasını doldurmalıdırlar.

Suallar test formasında təqdim olunacaq. Olimpiadalar təşkilatçı ali təhsil müəssisələrinin tədris binalarında keçiriləcək. Olimpiadaların keçirilmə yeri və vaxtı əvvəlcədən iştirakçılarla əlaqə saxlanılmaqla bildiriləcək.

Olimpiadaların qalibləri – I, II, III yerin sahibləri müvafiq olaraq “I-pad mini”, “Smartphone”, “Fotoaparat”la mükafatlandırılacaq.

Olimpiadalar:

Tələbələrarası I İqtisadi Biliklər Olimpiadası
Təşkilatçı: Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatı

Tələbələrarası I Tarix Olimpiadası
Təşkilatçı: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatı

Tələbələrarası I Psixologiya Olimpiadası
Təşkilatçı: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatı

Tələbələrarası I Tibbi Biliklər Olimpiadası
Təşkilatçı: Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı

“Gənc Neftçilər” Tələbələrarası I Bilik Olimpiadası
Təşkilatçı: Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatı

Qeydiyyat

 

Mənbə: young.az