Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

“Atamla birgə öyrənirəm” layihəsi sona çatdı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı.

Bərdə rayon 8 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Könül Quliyevanın rəhbəri olduğu “Atamla birgə öyrənirəm” layihəsinin əsas məqsədi Azərbaycan Təhsil mühitində ataların rolunu artırmaq, onlara övladları ilə birlikdə yeni və müasir öyrənmə üsullarını aşılamaqdan və ata-övlad münasibətinin kiçik yaşlardan formalaşdırilmasından ibarət idi.

Layihə müddətində ilk öncə Bərdə rayonunda yerləşən məktəblərdə 4-cü sinif şagirdləri üçün layihə haqqında məlumat verilmişdir. Daha sonra layihədə iştirak etmək istəyən övlad və atalar birlikdə müraciət etmişlər. Daha sonra seçilən iştirakçılarla bir daha görüş keçirilmiş və təlimlərin günləri müzakirə olunaraq məlumatlandırılmışlar. Qeyd edək ki, layihə müddətində 5 fənn (Rəsm, həyat bilgisi, riyaziyyat, ingilis dili, ana dili) müəyyən olunmuşdur. Müəyyən olunmuş fənnlər ibtidai sinif müəllimləri ilə birlikdə müzakirə edilmiş və uyğun mövzular seçilmişdir.

Layihə çərçivəsində 06,13, 20, 27 oktyabr və 03 noyabr 2019-cu il tarixlərində təlimlər baş tutmuşdur. Təlimlər zamanı əsas mövzular “Vurma”, “İkirəqəmli ədədin birrəqəmli ədədə bölünməsi”, “İnsanın daxili orqanları, Orqanizmi necə qorumalı”, İlk tibbi yardım, Məişət qəzaları, Yol hərəkəti qaydaları”, “Natiqlik məharəti haqqında”, “Az danışmağın gözəlliyi”, “Hobbies (Hobbilər)”, “Time (Vaxt)”, “Novruz adət-ənənələri”, “Qədim abidələr diyarı” olmuşdur. Hər fəndən təşkil olunan mövzular zamanı valideynlər övladları ilə bərabər müxtəlif tapşırıqlar yerinə yetirmiş və əyləncəli şəkildə müxtəlif öyrənmə metodları vasitəsilə yeni biliklər əldə etmişlər.

Qeyd edək ki, layihə çərçivəsində əsas məqsəd Azərbaycan Təhsil sistemində ataların rolunu artırmaq, onların övladları ilə birlikdə yeni və müasir öyrənmə üsullarını açıqlamaqdan və ata-övlad münasibətinin kiçik yaşlardan formalaşdırmasından ibarətdir.

Layihənin sonunda valideynlərə və övladlara hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.

 

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button