Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

AMEA Şərqşünaslıq İnstitutu və İtaliyanın Şərq Universiteti arasında qarşılıqlı anlaşma haqqında müqavilə imzalanıb

AMEAİtaliyanın Neapol Şərq Universitetinin prorektoru, professor Cüzeppe Kataldi və həmin universitetin professoru Mikele Bernardini AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

AMEA-dan APA-ya verilən xəbərə görə, görüşdə Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva rəhbərlik etdiyi institutun yaranma tarixi və ötən 54 ildə fəaliyyəti barədə italiyalı qonaqlara məlumat verib, bu elm müəssisəsinin elmi istiqamətləri, fəaliyyət göstərən şöbələrdən danışıb.

C.Kataldi isə bildirib ki, 300 yaşı olan Neapol Şərq Universitetində humanitar elmlər sahəsində tədris və tədqiqatlar aparılır. O, Neapol Şərq Universitetinin Şərqşünaslıq İnstitutu ilə əlaqələrin qurulmasında çox maraqlı olduğunu deyib və hər iki ölkə alimlərinin birgə layihələrinin həyata keçirilməsi perspektivlərindən danışıb. C.Kataldi və M.Bernardini azərbaycanlı alimlərə Neapol Şərq Universitetində şərqşünaslıq sahəsində aparılan tədqiqatlardan danışıblar. Şərqşünaslıq İnstitutunun alimləri isə italiyalı qonaqlara öz elmi fəaliyyətləri haqqında məlumat veriblər.

AMEAGörüşün sonunda AMEA Şərqşünaslıq İnstitutu və Neapol Şərq Universiteti arasında qarşılıqlı anlaşma haqqında müqavilə imzalanıb. Müqavilədə müəssisələrin tədqiqatçı, aspirant və tələbələrinin mübadiləsinə yardım göstərilməsi, əməkdaşların elmi ixtisasının artırılması sahəsində qarşılıqlı yardım, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraqlar əsasında birgə layihə və proqramların icrasına dəstək verilməsi nəzərdə tutulur.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button