Almaniyada təhsil haqqında sayt açıldı

covOSKAR şirkəti 2005-ci ildən bu günə kimi xaricdə təhsil xidməti göstərərək, bir çox tələbənin dünya universitetlərində təhsil almaq arzusunun gerçəkləşdirməsinə kömək etmişdir. Şirkət, son illərdə, Almaniya universitetlərinə marağın artmasını nəzərə alaraq, “almaniya.oskar.az” saytını yaxın günlərdə istifadəyə verdi. Saytda yerləşdirilən bölmələrdə Almaniya, ölkənin təhsil sistemi, xərclər, Almaniyada Azərbaycan səfirliyi, orada yerləşən İctimai Birliklər haqqında informasiya əldə etmək üçün kifayət qədər ətraflı məlumat var.

Bundan əlavə, “Təhsil” bölməsində, bakalavr, magistatura, rezidentura təhsili, alman və ya ingilis dilində dil kursları, yay düşərgələri, tibb təhsili və ya tibbi praktika, bir sözlə, unversitetlər və fakütələr haqqında məlumat ala bilərsiz.

“Xidmətlər” bölməsinə Almaniyada təhsil almaq üçün lazım olan bank hesabının açılması, viza dəstəyi, aviabilet, sığorta, qarşılama və yerləşdirilmə xidmətləri haqqında məlumatlar daxildir. Saytda, aşağı hissədə yerləşdirilən ismarıc bölməsi, daimi olaraq sizi maraqlandıran sualları cavablamaq üçün aktivdir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button