Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Almaniyada magistr təhsili almaq istəyənlərin nəzərinə!!!

DAADDAAD-Master-Təqaüdü  (Studienstipendien für Graduierte aller wissenschaftlichen Fächer)

Bu proqramlara sənəd vermə müddəti 31.10.2013-cü il tarixində bitir.

Bütün ixtisaslar üçün magistr təqaüdü:

Müddəti

  • Bir qayda olaraq 4 semestr (bəzi proqramlar yalnız 2 və ya 3 semestr davam edir)

Almaniyada əksər master təhsil proqramları 3 və ya 4 semestr davam edir. 2 semestr davam edən master təhsil proqramlarını DAAD həmçinin dəstəkləyir.  Bu səbəbdən Sizə axtarışda yardım olmaq üçün biz 1 illik təhsil proqramlarının siyahısını sizə təqdim etmək istərdik:

1 illik master təhsil proqramları

Siyahının mükəmməlliyinə qarantiya vermirik.

Təqaüdün həcmi

Aylıq təqaüd 750 avro

  • Almaniyada tibbi sığorta
  • Gediş gəliş xərcləri
  • Ailə üçün əlavə ödənc (əgər həyat yoldaşı və uşaqlar təqaüdçünü müşayiət edirlərsə)
  • Qanunda nəzərdə tutulan təhsil haqqı

500 avrodan yuxarı olan təhsil haqqını DAAD ödəmir! (belə ali məktəblər əsasən özəl ali məktəblərdir.)

Kimlər təqaüd üçün ərizə verə bilər:

  • Ali məktəb məzunları
  • Təhsilin sonuncu kursunda oxuyan tələbələr

Kimlər ərizə verə bilməz:

  • Ərizə verən müddətdə artıq bir ildən çox Almaniyada olan şəxslər

Siz nə oxuya bilərsiniz:

  • Nəyi və harada oxuyacağınızı siz özünüz müəyyənləşdirirsiniz. Bu işdə sizə www.study-in.de məlumat bazası yardımçı ola bilər.
  • Almanca və ya ingiliscə təhsil almaq olar.
  • Siz ərizə verərkən ərizədə oxumaq istədiyiniz 3 ixtisas sahəsini qeyd etməlisiniz. (istəklərinizin ardıcıllığına olaraq)

Ətraflı məlumat üçün daxil olun: https://www.daad.de/miniwebs/icbaku/az/22262/index.html

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button