Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı üstünlük təşkil edir – Nazir

“Son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20.8 faiz artım müşahidə olunub”. 

Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə magistrantların Beynəlxalq Elmi Konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, təkcə 2018-ci ildə 41 mindən çox şəxs tələbə adını qazanıb:

“İqtisadiyyatın inkişafında ali təhsilin rolu xüsusi önəm kəsb edir. Azərbaycan vətəndaşlarının ali təhsilə çıxış imkanlarının genişləndirilməsi dövlətin əsas prioritet istiqamətlərindən biridir.

Ali təhsil müəssisələrində 2019-2020-ci il tədris ili üçün dövlət sifarişli yerlərin sayı 66 faiz təşkil edib. Biz bu gün magistratura səviyyəsində qəbul dinamikasını müşahidə edirik”.

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button