Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 2011/2012-ci tdris ili üçün tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni, həmçinin qəbul aparılacaq ixtisasların siyahısı “Abituriyent” jurnalının 3-cü sayında dərc olunacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.
TQDK-dan  bildirilib ki, jurnal 2011-ci il iyunun 1-dən etibarən abituriyentlərin istifadəsinə veriləcək. “Abituriyent” jurnalının 3-cü sayında  aşağıdakı materiallar əksini tapacaq.
– 2011/2012-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan.
– Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün ödənişli təhsil forması üzrə müsabiqə şərtləri (Qabiliyyət İmtahanı Komissiyaları üzrə)
– Qəbul aparılan ixtisasların siyahısı.
– Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozu
– Ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında nümunəvi fərdi müqavilə.
– Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları.
– M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu elanı.
– Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin – sifarişi əsasında).
Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakultəsinə tələbə qəbulu qaydaları (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında).
– Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakultəsinə tələbə qəbulu qaydaları (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sifarişi əsasında).

İxtisas seçimi

İxtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.
Müsabiqəyə:

– I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər;

– III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaq.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Azərbaycan Diplomatik Akademiyasının “Beynəlxalq münasibətlər” və “Biznesin idarəedilməsi” ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini qeyd etmiş və ümumi balı 400-dən az olmayan abturiyentlər seçə bilərlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.

Bakı İslam Universitetinin ixtisaslarını ümumi balı 150-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və iyulun 7-dən 13-dək bu təhsil müəssisəsində yaradılmış dini-psixoloji komissiyadan müvəffəqiyyətlə keçən abituriyentlər seçə bilərlər.
Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcəkdir.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə biləcək.

Ali təhsil müəssisələrinin Qabiliyyət İmtahanı Komissiyaları üzrə müsabiqə şərtləri

Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları yalnız qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə (bu tələblərə dair cədvəl “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunub) uyğun olan abituriyentlər seçə bilərlər. Test imtahanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti qoyulmur. Abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.

Qəbul aparılan ixtisasların siyahısı

Bu bölmədə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla qəbul aparılmasından asılı olmayaraq ali təhsil müəssisələrinin ixtisaslar siyahısında hər bir ixtisas üzrə ümumi plan təqdim edilib. Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsil almaq istəyən abituriyent o ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir.
TQDK tərəfindən dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələbləri ödəyə bilməyən abituriyentlər yalnız ödənişli əsaslarla təhsil ala bilərlər. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında fərdi müqavilənin nümunəsi

Ali təhsil müəssisəsinə dövlət sifarişi əsasında qəbul olan abituriyent müəyyən olunmuş vaxtda qəbul olduğu təhsil müəssisəsinə tələb olunan sənədləri təqdim edib qeydiyyatdan keçməlidir. Bu zaman ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında müqavilə bağlanır. Abituriyentlər həmin nümunəvi müqavilə ilə jurnalın bu sayında tanış ola bilərlər.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına 2010/2011-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə (bakalavriat səviyyəsi, rus bölməsi) tələbə qəbulu elan edilib:
1. Filologiya;
2. Tətbiqi riyaziyyat; Kimya; Psixologiya.
Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyası tərəfindən aparılan sınaqlarda TQDK-nın 2011-ci ildə keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan rus bölməsinin abituriyentlər iştirak edə bilərlər. Jurnalın bu bölməsində abituriyentlər qəbul aparılan ixtisaslar üzrə plan yerlərinin sayı, sənəd qəbulu və müsabiqə şərtləri ilə ətraflı tanış ola bilərlər.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında), Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakultəsinə tələbə qəbulu qaydaları barədə məlumatlar da jurnalda təqdim olunub.

Telebe.az

Comments

  1. Salam || qrupun balarini deyinde he birde iqdisadiyyat universitetine ne qeder bal lazimdir

  2. cavabbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb yazin

  3. mene kimse 3-cu urupun blini ve fenlerini deye biler

  4. milli aviasiya akademiyaya kecid bali necedi bilen varsa desin

  5. 4 cu qrupun kecid bali pulsuz 640 baldir saytlardan baxmisam

  6. 4 cu qrupun pulsuzuna qebul olunmaq uçun 550-dən çox bal toplamaq lazimdır

  7. hee,bank var.iqtisadiyyat var.menecment var.cografiya var.

  8. bilen varsa buranin kecid bali necedi xaiw yazsin

  9. men medeniyyet ve incesenet universtetine qebul olmaq isteyirem.bilmirsiz kecid bali ne qederdi?nolar bilen cvb yazsindeee

  10. incesened ve medeniyyet universtetinin kecid bali ne qederdi?xaiw bilen yazsin/

  11. 4-cu qrupun ballarini bilmek istedim amma tapa bilmedin onun ucun ayrica sehife aca bilersiniz

  12. Salam islam unversiteti 2014 ucun kecid balini ne qederdi

  13. mene diye bilersininz mi med institunun pulsuz kecid bali necedi

  14. 3c qprup qiyabi nece balyigmali ve 1defe odenissiz oxuyan yeniden odenissiz qyabi oxuya bilermi

  15. salam. YOS imtahaninda en yuksek bal ne qederdir ve her 2 fennen heresinden ne qederr sual verilir?

  16. deyinde xahiw tecilidi noyay?????????????????????????

  17. 1 ci qrupun pulsuzuna qebul olmaq ucun nece bal yigmaq lazimdir fakulte esas deyil

  18. Salam 3 qrupada dizaynerliye ne qeder bal lazimdi?

  19. herbi tibb fakultesinin keçid bali neçedir ve pulsuzu

  20. xususi teyinatli ali mekteblerin ballarini aciqlayardizz zehmet olmasa

  21. SALAM … 1 ci qrupda dizayinliq nece baldir ?

  22. I qrupun kecid bali bu il de 150 olacaq? Xaish edirem Sualimi cavablandirasiniz

  23. salam 1-ci qrup imtahanin vaxti hacandi bilen var

  24. universitetlerin kecid bali hele deqiq bilinmez ballar qebuldan sonra biliner deqiq buda usaqlarin imtahani yazma seviyyesinden asilidir ballar qaxada biler qebuldan sonra dusede biler…

  25. SALAM ALLAH HAMININ ALI MEKTEBE DAXIL OLMAQ ARZUSNU QEBUL ETSIN.AMIN MECBURI KOCKUNLERIN PULSUZ OXUMA IMKANI VARR??? ZEHMET OLMASA CAVAB YAZIN

  26. salam men 1 -ci qrupda nece bal yigsam muhendisliye gire bilerem?

  27. Salam.Zehmet olmasa sualima cavab verin.Bu il Milli Aviasiya Akademiyasina kecid bal necedir?

  28. 2 ci qrup da nece bal yigsam beynelxalq munasibetlere qebul olram

  29. salam. abituriyent juzrnalinin 2 ci sayi ile saytda tanis olmaq olar?

  30. 1-ci qrupun bali ne qederdir qebul olsaq xarici dili secib sefirlikde islemek olar

  31. Men 2ci qrupa hazirlawiram (biznes idareetme) ve dovlet hesabina oxumaga daxil olmaq ucun kecid bali ne qederdir?? men 400 ewitmiwem. duzdur??

  32. 2 ci qrupda 350 den artiq bal yigsan sifirlar nezere alinmir qebul olursan yox eger esas fenn blokunda sifir yigmisansa(Allah gostermesin)onda qebul olmursan.

  33. Menim fikrimce o vaxta qeder coxx deyisiklik olar amma ballarin asagi duseceyine inanmiram cunku bu il en asagi oldu 150 balla o vaxta yuxari qalxmasa yaxsi olar:))

  34. II qrupun fenler Azerbaycan dili,riyaziyyat,ingilis dili,cografiya,Azerbaycan tarixi.Cografiya ve Riyaziyyat 8 bal qalan fenler ise 4 balla hesablanir:))

  35. salam.mən 1-ci qrup üzrə hazırlaşıram.bilmək istəyirəm ki 2013-il ADA-na 1-ci qrup üzrə qəbul proqramı aparılacaq.

  36. 2014 2015 ci ilde 4_cu qrupun ballari ile baqli deyisiklik olacaq?xais edirem kecid ballari asaqi salasiniz.yoxsa bele getse azerbaycan hekimsiz qalacaq

  37. Men 2 ci qurupa hazirlasiram ve bilmek isdeyiem ki, 2 ci qurupu bitiren telebeler hansi ixtisasa yiyelene bilerler?

  38. Salam Men || ci qrupa hazrlawiram … DsX-ye kim bilir ballari ne qederdir ?

  39. Salam.Men bilmek isterdim ki, 2013-cu ilde kecirilecek olan imtahanlarda fenn deyisiklikleri olacaq?yeni 2-ci qrupda cografiya qalacaq ya cixarilacaq?

  40. birdeki deyirlerki 2016 ci ile kimi aciq teslerr olacaqq…eyer duzduse cox pis oldu aciq test cetindi

  41. men heleki 8 de oxuyuram 2 ci qrupa vermey istiyirem sadece sorusuram kecid bali en qederdi..birdeki ixtisasi ozumuzz nece balladan sora sece bilerik?

  42. admin sualima cox xais edirem cavab verin… 2015-CI ILEDEK 1-CI QRUP UZRE KECID BALI DUSECEK ASAGI?

  43. Salam, xeyr belə bir məlumat əldə etməmişik

  44. duzdur+ki+1ci+qrupun+ballarini+110a+saliblar?xahiw+edirem+tez+cvb+yazinda

  45. cox gozel daha ballari bundan artiq salmalarina ehtiyac yoxduuuuuuu … 4 cu qrupun kecid bali suppperdiiiiiiiiii cox sagolunnnnnnnnn

  46. BU IL 4-CU QRUPDA FAKULTELERIN BALLARININ DU$ME EHTIMALI VAR???XAHIS EDIREM MENIM BU SUALIMI CAVABLANDIRIN DA.

  47. mene xarici diller unverseti haqqda melumat lazimdi komek ede bilersiz?

  48. Salam Admin xahiw edirem bu sualimi cavablandir II qrupun kecid bali nece olacaq? Kollecin kecid bali nece olacaq?

  49. hede sehla duz deyir 2 ci qrupun balarini awagi salin!!!

  50. Salam hamiya.. admin 1ci qrupun kecid bali 170e enib?vacibdi yazdaaaa xaiw 🙁

  51. adin 1ci qrupun ballarin awagi salin nolar….hem de ki,adam kimi eyin gorek bu imtahan e vaxt olacaq ele hey imtahain vaxtini deyiwirsiz

  52. 1 ci qurupun ballari awagi salinacaq dogurdann???

  53. idmanin balinida o qeder qaldirarlar idmancilar nebilir ders ne olan weydi kidab uzu gorub hece olmasa biraz awagisalinda 50 bal olsaydi pis olmazdi yaxwi idmancilarin sayi artsinda biraz azerbaycanda

  54. 1-ci qrupda kecid bali 200 olannan sonra dediler awagi salinacaq..bu barede yeni melumat var?

  55. salam telebeler haminiza ugurlar arzulayiram.allah qoysa hami istediyi yere gire biler.men 2-ci qurupa imtahan vereceyem.menecment olaq isteyirem bali ve pulu az olan yer hansidir? cooooooox vacibdir.

  56. Inwallah her wey yaxwi olar,ALLAH hamini sevindirsin,ama mocuzeye coxda inanmiyaq,her wey bizden asilidi,oxuyaq,ve netice elde edey.. yaxwi netice.. inwallah

  57. memarliq ve inwaat universitetine,mene qabiliyyetle en awagi balli fakulte lazimdi

  58. salam millet imtahanda hamiya ugurlar arzulayiram…hemcinin ozume dee hem de ki men bele fikirlewiremki ballar barede meleyke abbaszadenin bize yazigi geler ve inustut wertlerini agirlawdirmazlar

  59. xahiw edirem diyerdizki qabiliyyetle memarliq inwaata en awagisi ne qeder bal lazimdir?

  60. sen allah 1ci qrupun sullarin asan yazin amma riyaziyyati cox cetin qoyun

  61. menim 21 yasim var esgerliyi bitirmisem menim yasim dusur bu ahm_i oxumaqa birde ki nece bal lazimdi ora qebul olmaq ucun mumkunse kim duzgun bilirse o cavablandirsin meni.

  62. Zehmet olmasa menim sualima cavab verin.Milli Aviaciya Akademiyasina kecid bal negederdi?

  63. ADMİN menim sualima cox xahis edirem cavab verin. azerbaycan ali herbi mektebine en asagi ballnan nece ball yigsam gire bilerem????? ( cox vacibdi)

  64. bu il qebul ne vaxt olacaq? deqiq tarix necedi? artiq oxumaqdan bezmisike,enerjimiz qalmayib

  65. bize yazigiviz gelsiiiiiiiiiiin…1ci qrupun ballarin asagi salin 🙁 🙁 🙁

Leave a Reply

Your email address will not be published.