Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Ali Hərbi Məktəbə və hərbi tibb ixtisaslarına tələbə qəbulu elan edilib

617418_436821-1Azərbaycan Müdafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə, Müdafiə Nazirliyinin Hərbi Tibb Məktəbinə Feldşer ixtisası və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə tələbə qəbulunu elan edib.

Bu barədə APA Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hərbi məktəblərdə oxumaq istəyənlər Müdafiə Nazirliyinin rəsmi İnternet saytında (www.mod.gov.az) qaydalarla tanış ola bilərlər.

C. Naxçıvanski adına Hərbi Lisey istisna olunmaqla hərbi məktəblərə 15 sentyabr 2014-cü ilə qədər 17 yaşı tamam olan və 19 yaşına çatmayan orta məktəbi bitirmiş Azərbaycan vətəndaşları (yalnız oğlanlar) sənəd verə bilərlər.

Müdafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil müddəti 4 il,  Müdafiə Nazirliyinin Hərbi Tibb Məktəbində Feldşer ixtisası üzrə təhsil müddəti 2 il, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində isə 6 ildir.

Azərbaycan Ali Hərbi Məktəblərinə və Hərbi Tibb Məktəbinə qəbul olunan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunur, ayda 100 manat məbləğində təqaüd alırlar. Təhsil müddətində fərqlənən kursantlar aylıq məvacibdən əlavə fərdi təqaüdlərlə təmin olunurlar. Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəblərində oxumaq arzusunda olan kursantlar arasında Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qəbul olunduqdan sonra xüsusi seçim keçirilir və onlar təhsil almaq üçün müvafiq məktəblərə göndərilirlər.

Təhsil müddəti 3 il olan C. Naxçıvanski adına Hərbi Liseyə isə 15 sentyabr 2014-cü il tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmayan ümumtəhsil məktəblərinin 8-ci sinfini bitirmiş oğlanlar qəbul olunurlar. Hərbi Liseylərə qəbul olmaq arzusunda olan namizədlər aprel ayının 1-dən aprel ayının 30-dək Hərbi Lisey rəisinin adına ərizə ilə müraciət etməlidirlər.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button