Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Hazırda Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə bakalavr üzrə imtahansız qəbullar başaldı

Özyeğin Universiteti 2008-ci ildə yaranmış özəl universitetlərədn biridir. Gənc universitet olmasına baxmayaraq,hazırda Türkiyənin ən yaxşı 7 universitetindən birdir.
Universitetdə, 6 fakültə və 2 peşə məktəbi , 23 bakalavr proqramı, 3 institut nəzdində 30 magistr, 7doktora proqramı mövcuddur.Bununla yanaşı , 2009-cu ildən etibarən universitetdə dəyişim və Erasmus programı fəaliyyət göstərir.
Türkiyədə çox az universitetdə olan və bir çox tələbənin gələcəkdə özünü görmək istədiyi “Pilot Eğitimi”,“Havacılık Yönetimi” ixtisasları məhz Özyeğin Universitetində mövcuddur.

Bu iki bölümdən biri üzrə mütəxəssis olmaq istəyirsinizsə,o zaman Özyeğin Universiteti sizin üçün doğru ünvandır.
Universiteti fərqləndirən xüsusiyyətlərindən biri də Türkiyənin ilk LEED Gold sertifikatına sahib olmasıdır.
Tələbələrin dərsdən kənar vaxtlarını daha səmərəli keçirmələri üçün universitet daxilində 47 tələbə klubu,idman zalları, elektron kitabxanalar, laboratoriyalar, konsert, teatr, kino, rəqs, danışıq, konfrans kimi tədbirlərin həyata keçirildiyi salonlar fəaliyyət göstərir.
Çekmeköy kampusu Cambridge və Princeton’ın binalarını hazırlayan, dünyanın aparıcı memarlıq firması tərəfindən inşa edilmişdir. 1959 nəfərlik yurd binası bir və dörd nəfərlik tam komfortlu otaqlardan ibarətdir Toplam 280 min kvadrat metr sahəyə qurulan şəhərcikdə, səssiz və rahat iş otaqları,müasir sinif otaqları və laboratoriyaları, 13.000 m2 ‘lik idman mərkəzi, 2.600 m2’ lik kitabxanası, 350 və 372 nəfərlik 2 Auditoriumdan ibarətdir. Yurd kompleksində tələbələrin boş zamanlarını səmərəli keçirmələri üçün futbol sahəsi, basketbol ,tenis, voleybol sahələri və fitness salonu mövcuddur.
Tələbələrin akademik ,ictimai, idman və mədəni fəaliyyətlərlərini inkişaf etdirmələri üçün universitetdə hər cürə şərait qurulmuşdur.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button