“Akademi Group” valideynlərə dəstəyi davam etdirir

“Akademi Group”, Zabrat qəsəbəsində faəliyyət göstərən Təhsil və İnkişaf Mərkəzində “Uşaqlarin təhsilində psixoloji dəstəyin rolu” mövzusunda seminar təşkil etdi. Seminar çərçivəsində elmlər namizədi, psixoloq Ramidə Oktayqızının geniş çıxışı oldu. Tədbirə gələn valideynlər, uşaqları ilə məişətdə və dərs prossesində yaranan problemlərlə bağlı suallarını Ramidə xanıma ünvanladılar. Qeyd edək ki, seminara həmçinin Azərbaycan Respublikası Təhsil Cəmiyyəti QHT-nin sədri Nuğay Əliyev və həmin təşkilatın idarə heyətinin üzvü Murad Ağalarov da iştirak edirdi. Tədbirdə çıxış edən Nuğay Əliyev keçirilən bu tip seminarların səmərəliliyindən danışdı. Həmçinin yeni açılan Akademi Group Zabrat ofisinə də öz xeyir dualarını verdi. Seminarın sonunda tədbir iştirakçılarına sertifikatlar təqdim edildi.

    

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group