Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

ADU tələbələri Rusiyada beynəlxalq konfransda iştirak edəcək

3e9eabaa45dfff2209bad749421e2776Azərbaycan Dillər Universitetinin (ADU)  Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin  5 tələbəsi  mayın 4-6-da   Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin   Vladivostok şəhərində yerləşən Uzaq Şərq Federativ Universitetində   “Rusiya- XXI əsr: Sakit Vektor” mövzusunda  keçiriləcək VII  Ümumrusiya elmi-praktik tələbə konfransında iştirak edəcəklər.  Tələbə konfransında iştirakçılar iqtisadiyyat, siyasət, hüquq və sosial-mədəni tədqiqat sahələrində  xarici və  Rusiya tədqiqatçılarının elmi əsərlərini əsas götürərək Asiya- Sakit Okean  regionu ölkələrinin Rusiya ilə əməkdaşlığının təhlili ilə bağlı çıxışlar edəcəklər. Tələbələr Asiya- Sakit Okean regionunda  Rusiyanın perpektivləri  ilə bağlı mövcud elmi tədqiqatlarını, fikirlərini bölüşmək, təhlil aparmaq üçün unikal imkan qazanacaqlar.

Konfrans “Rusiyanın Asiya- Sakit Okean  regionu çoxtərəfli diplomatiyasının sosial-iqtisadi inkişafının səmərəli vasitəsi kimi”, “Mədəni xüsusiyyətlərin Asiya- Sakit Okean regionunda   inteqrasiya prosesi yollarına təsiri” və  “Beynəlxalq əlaqələrdə Rusiya əsas aktyor kimi: Asiya- Sakit Okean  əməkdaşlığının yeni formaları”  bölmələrindən ibarətdir.

Bu konfransda Azərbaycan Dillər Universitetinin   Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin  456-cı qrup tələbəsi Elşən Hüseynov  “İqtisadi əməkdaşlıq ümummilli marağa təşviq yolu kimi”, həmin qrupun digər tələbəsi Rafiq Zeynalov  “Müasir beynəlxalq münasibətlərdə Asiyanın rolu”,  , 143a qrup tələbəsi  Aydın Ağayev  “ Rusiya- mədəni xüsusiyyətlərin Asiya və Sakit okeanına inteqrasiya prosesi yollarına təsiri”,  143b qrup tələbələri Əvəz Səfərov və Natiq Salahov  “Beynəlxalq əlaqələrdə Rusiya əsas aktyor kimi: Asiya- Sakit Okean  əməkdaşlığının yeni formaları”,  “Rusiyanın Asiya- Sakit Okean regionu  çoxtərəfli diplomatiyasının sosial-iqtisadi inkişafın səmərəli vasitəsi kimi”, mövzularında çıxış edəcəklər.  ADU tələbələrindən Elşən Hüseynov, Rafiq Zeynalov konfransın işinə birbaşa qatılacaqlar. Digər 3 tələbə isə konfransda  distant yolla iştirak edəcəklər.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button