ABŞ-da təhsili fərqli edən nədir?

58898Dünyanın bır sıra ölkələrindən fərqli olaraq Amerikada məktəb şagirdlərinin həftədə iki gün istirahəti üçün şərait yaradılır və onlar bu günlərdə bütün ev tapşırıqlarından kənar olurlar.
ANS TV-nin məlumatına görə, ABŞ təhsil sistemi dünyanın digər ölkələrdən daha demokratik olması ilə fərqlənir. ABŞ-da şagirdlərin 15 faizi özəl təhsil müəssisələrində və ya kilsə məktəblərində təhsil alırlar. Qalanı isə dövlət məktəblərində oxuyur. Amerikada yaşayan həmyerlimiz Nurlan deyir ki, hər gün xüsusi avtobusla məktəbə gedir. Gün ərzində isə təxminən 7 saat məktəbdə olurlar. Amma onlar yorulmur. Çünki dərslər arası fasilələr 30 dəqiqəyə qədər davam edir və uşaqların əylənməsi üçün şərait yaradılır. ABŞ-dakı bütün məktəblərdə icbari tədris olunan bir neçə fənn var. Bunlara ingilis dili, riyaziyyat, xarici dil, tarix və təbiət elmləri daxildir.
Dərslərini ingilis dilində alan Nurlan bizlə azərbaycanca danışmağa çətinlik çəkdiyindən atası Ruslan Piriyev köməyimizə gəldi. Onun sözlərinə görə, ABŞ məktəblərində ikinci dilin də keçilməsi mütləqdir və bu dili isə hər məktəbin özü müəyyən edir. Nurlanın təhsil aldığı məktəbdə isə Çin dili tədris olunur. Artıq 8-ci sinifdən etibarən şagirdlər maraq göstərdikləri fənlərini özləri seçmək hüququna malikdirlər.
Uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində də deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. ABŞ-da uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var.
Həftənin 5-ci gün isə şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur.

Daha çox göstər

Oxşar xəbərlər