Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Abituriyentlərin Bakı Ali Neft Məktəbinə marağı rekord həddə çatıb

537113_597592126922912_945580197_nBakı Ali Neft Məktəbi abituriyentlər arasında ən populyar ali təhsil ocaqlarından biri olub.

Bakı Ali Neft Məktəbinin qəbul elan etdiyi ixtisaslar üzrə minimal keçid balları müvafiq olaraq “Neft-qaz mühəndisliyi” ixtisası üzrə dövlət sifarişli yerlərə 648, ödənişli yerlərə 637, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 650, “Kimya mühəndisliyi” ixtisası üzrə 634 bal olub. İxtisaslar  üzrə  orta ballar uyğun olaraq 661, 669 və 646, ümumiyyətlə ali məktəb üzrə 656 bal olub. Keçən il isə bu rəqəm 631 bal olub.

Ali məktəbə qəbul olanların 50%-i 650-dən çox bal toplamış abituriyentlərdir. Onlardan 48-i azərbaycan, 12-si rus bölməsində təhsil alanlardır.

“Neft-qaz mühəndisliyi” ixtisası üzrə maksimal göstərici 685, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 690, “Kimya mühəndisliyi” ixtisası üzrə isə 695 bal olub.

I qrup ixtisasları üzrə qəbulda test imtahanlarında ən yüksək 695 bal toplamış iki abituriyentdən biri- Qafarlı Sevinc Bakı Ali Neft Məktəbini seçmiş  və “Kimya mühəndisliyi” ixtisasına qəbul olmuşdur.

Daha çox göstər

Oxşar xəbərlər

Check Also

Close
Back to top button