Abituriyentlərə ödənişsiz kömək üçün “Məsləhət Mərkəzləri” yaradıldı – SİYAHI

Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb

Modern.az xəbər verir ki, “Abituriyent Məsləhət Mərkəzləri”ndə DİM əməkdaşları  abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər:

  • Naxçıvan MR Regional Bölməsi

Naxçıvan şəhəri, Nizami küçəsi, 10

+99 (036 5) 44 04 02;

  • Göyçay Regional Bölməsi

Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43

+99 (020 27) 4 66 74;

  • Şəki Regional Bölməsi

Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182

+99 (024 24) 4 66 14;

  • Xaçmaz Regional Bölməsi

Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b

+99 (023 32) 5 01 21;

  • Lənkəran Regional Bölməsi

Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52

+99 (025 25) 5 24 82;

  • Gəncə Regional Bölməsi

Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina

+99 (022 25) 6 50 67;

  • Şirvan Regional Bölməsi

Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19

(021 21) 5 15 23;

  • Bərdə Regional Bölməsi

Bərdə ş., H.Əliyev prospekti, 100

(020) 205-01-86.

 

Xatırladaq ki, Bakı şəhərində “Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan Universitetində yaradılıb həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71.

Növbəti “Abituriyent Məsləhət Mərkəzi” isə Qərbi Kaspi Universitetində yaradılacaq. Qərbi Kaspi Universitetində fəaliyyət göstərəcək məsləhət mərkəzi haqqında əlavə məlumat veriləcək.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group