Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Abituriyentlərə inanılmaz şans – Qəbul imtahanlarına ötənilki nəticələrlə qatıla bilərsiniz

Abituriyentlər 2020-ci ildə keçiriləcək tələbə qəbulu müsabiqəsinə ötənilki nəticələrlə qatıla bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib.

Məlum olduğu kimi qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olacaq.

Bu nəticələr cari və növbəti tədris illərində abituriyentə kolleclərə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ verir.

Yəni, abituriyent istəyindən asılı olaraq  builki nəticəsi ilə gələn il həm kolleclərin müsabiqəsinə qatıla, həm də qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər. Bu zaman, onun ötənilki buraxılış balı blok imtahanında topladığı nəticənin üzərinə gələrək cəmlənəcək.

Abituriyentlər builki nəticə ilə növbəti tədris ilində V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində də iştirak hüququna sahibdir. Lakin bu zaman abituriyentin qabiliyyət imtahanında iştirak edib məqbul qiymət alması mütləqdir.

Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanında iştirak edə bilər. Bu zaman o, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənir və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulur. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button