Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

900 minə yaxın xarici tələbəsi olan ölkə

telebeBeynəlxalq Təhsil İnstitutunun açıqladığı yeni hesabatda deyilir ki, 2013-2014-cü illərdə Birləşmiş Ştatların ali məktəblərində təhsil alan tələbələrin sayı 886.000-dir ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur.

Beynəlxalq Təhsil İnstitutunun açıqladığı yeni hesabatda deyilir ki, 2013-2014-cü illərdə Birləşmiş Ştatların ali məktəblərində təhsil alan tələbələrin sayı 886.000-dir ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur.

ANS PRESS-in məlumatına görə, 10 il əvvəllə müqayisədə isə xarici tələbələrin sayı ikiqat artıb. Bu rəqəm əsasən Çindən gələn tələbələr sayəsində artır.

Çinli tələbələrin sayının çoxaldığı bir vaxt, keçən ildən Küveytdən, Səudiyyə Ərəbistanından, Braziliyadan, hətta İrandan belə oxumağa gələn tələbələrin sayı artıb.

Birləşmiş Ştatların ali məktəblərində təhsil alan tələbələrin 4 faizdən çoxu xarici tələbələrdir. Təhsil işçiləri xarici tələbələrin Amerikaya oxumağa gəlməsinin faydalı olduğunu və onların Birləşmiş Ştatlardakı təxminən 4 minə yaxın ali təhsil ocağına yerləşə biləcəklərini deyirlər

Xarici tələbələrin eləcə də Birləşmiş Şrtatlar iqtisadiyyatına da müsbət təsiri olur. Dövlət katibinin təhsil üzrə yardımçısı Evan Rayan: “Bu il təhsil, mənzil və digər ödənişlər yerli və dövlət iqtisadiyyatına 27 milyard dollar gətirib.”

Birləşmiş Ştatlar Dövlət Departamenti və Təhsil Nazirliyi amerikalı tələbələrin xaricdə təhsil almalarına imkan yaradır. “Biz amerikalı tələbələrin xaricdə təhsil almaları və xarici dillər öyrənmələrinin Birləşmiş Ştatların rəqabət meydanında göstəricilərini yaxşılaşdıracağına inanırıq” – deyə, Evan Rayan bildirir.

2012 – 2013-cü illərdə 290,000 amerikalı tələbə Avropaya, əsasən də Britaniyaya oxumağa gedib. Lakin “Açıq Qapılar” adlanan son hesabat göstərir ki, hazırda Latın Amerikası ölkələri və Çinə oxumağa gedən tələbələrin də sayı artır.

bugun.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button