Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

9-cuların sınaq imtahanlarının cavabı açıqlandı

Bakıdakı orta məktəblərin 9-cu sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada test üsulu ilə verdiyi yoxlama (sınaq) imtahanlarının nəticələri fevralın 2-də açıqlanıb

Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən məlumat verilib
İmtahanların nəticələri Təhsil Nazirliyinin saytında – burada http://exam.edu.gov.az/ – yerləşdirilib.
Qeyd edək ki, Bakı şəhər orta məktəblərinin 9-cu sinif şagirdləri yanvarın 29-da imtahan veriblər.  9-cu sinif şagirdləri Azərbaycan dili və riyaziyyatdan sınaq imtahanları veriblər. İmtahanlarda 30 minə yaxın şagird iştirak edib.

Şagirdlər 2 fəndən 50 test tapşırığını  cavablandırıblar. İmtahan suallarının 25%-i asan, 50%-i orta və 25%-i isə çətin səviyyəli olmaqla üç səviyyədə hazırlanıb.

Hər bir fənn üzrə tapşırıqların 20%-ə qədərini cavablandıran şagird «2», 20% daxil olmaqla 50%-ə qədərini cavablandıran şagird «3», 50% daxil olmaqla 80%-ə qədərini cavablandıran şagird «4» və 80% daxil olmaqla 100%-ə qədərini cavablandıran şagird isə «5»lə qiymətləndiriləcək.

2012-ci ilin ilk sınaq imtahanları 28-29 yanvar tarixində Bakı məktəblərindən başlayıb. Daha sonra proses ardıcıl olaraq bütün bölgələri əhatə edəcək və 15 aprel tarixində yekunlaşacaq.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button