2016-cı il üçün dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı

Britaniyanın “Times Higher Education” jurnalı 2016-cı ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini “THE World Reputation Ranking” dərc edib.

Siyahıya dünyanın müxtəlif ölkələrindən olan 100 ali məktəbin adı daxil edilib.

Birinci yeri keçən il olduğu kimi Harvard Universiteti (ABŞ) tutub, ikinci yerdə Massaçusets Texnologiya İnstitutu (ABŞ), üçüncü yerdə isə Stenford Universiteti (ABŞ) qərarlaşıb.

Dördüncü və beşinci yerləri Britaniyanın Kembric və Oksford universitetləri tutub.

Azərbaycanın Ali məktəbləri bu siyahıda yer almayıb./hamar.az

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group