Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

11 illikdən kolleclərə ərizə qəbulu başlandı

Bugündən etibarən ali təhsil müəssisələrinə və 11 illikdən kolleclərə qəbul üzrə ərizələrin qəbulu başlanır.

İctimaixeber.com xəbər verir ki,təhsil eksperti Elçin Əfəndi bildirib ki, ərizə qəbulu online qaydada həyata keçirilir. Cari ilin məzunları və əvvəlki illərin qız məzunları özləri sərbəst şəkildə qeydiyyatdan keçə bildiyi halda əvvəlki illərin məzunları, əsasən oğlanlar, ali təhsil və kollec təhsili almış oğlan və qızlar ərizə qəbulunu mütləq Sənəd Qəbulu Komissiyasının əli ilə təsdiq etməlidirlər.
” Məlumunuz olduğu kimi Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah aprel ayının 13-dək ölkədə 1 aylıq izolyasiya tədbirlərinin görülməsi ilə bağlı kütləvi toplaşma halı qeyd olunan tədbirləri ləğv etdi. Ərizə qəbulu isə 14 apreldə başa çatacaq. Nəzərə alsaq ki, ərizələrini SQK-larda təsdiq etməli olan şəxslərin əllərində cəmi 1 gün vaxt qalacaq o zaman ortalığa sual çıxır. Bəs ərizə qəbulunun vaxtı uzadılacaq mı? Bəli. Ərizə qəbulunun vaxtı uzadılmalıdır. yaxud da ərizə qəbulu aprelin 1-dən sonunadək aparılmalıdır.”

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button