“Bəzən hər hansı bir tapşırığı həll etmək üçün tələbələr küçədə insanlar arasında sorğu keçirirlər”

Malayziya Beynəlxalq İslam Universitetinin İdarəetmə və İqtisad elmləri fakültəsinin İdarəetmə üzrə magistr tələbəsi Elçin Musayevlə müsahibəMalayziya Beynəlxalq İslam Universitetinin İdarəetmə və İqtisad elmləri fakültəsinin İdarəetmə üzrə magistr tələbəsi Elçin Musayevlə müsahibəMalayziya Beynəlxalq İslam Universitetinin İdarəetmə və İqtisad elmləri fakültəsinin İdarəetmə üzrə magistr tələbəsi Elçin Musayevlə müsahibə

Niyə məhz Malayziyada oxumağa qərar verdiniz?
– Malayziyada təhsil almağı qərarlaşdırmadan öncə həm İnternet, həm də Malayziyada məndən əvvəl təhsil almış azərbaycanlı məzunlarla çox ciddi araşdırma apardım. Malayziyanın özü haqqında məlumat topladım. Maraqlandığım master ixtisasını tapmağım, həmçinin araşdırma zamanı Malayziya haqqında maraqlı məlumatlar əldə etməyim mənim qərarlılığımı artırdı və mən sənədlərimi göndərdim. Qəbul prosesi çox uzun zaman aparsa da sonda qəbul cavabını aldım.

Malayziyada təhsilin  hansı özəllikləri var?
– Malayziyada bütünlüklə Qərb təhsil sistemidir. Dərslər müxtəlif millətlərdən olan professorlar tərəfindən keçirilir. Müəllimlər semestrin əvvəli bütün dərs proqramını, fənnin tələblərini, həmçinin müəllimin hansı amillər əsasında qiymətləndirmə apardığını, semestr ərzində tələbənin nələrə diqqət cəmləməli olduğunu yazılı şəkildə tələbəyə verir. Bu tələbədə həmin fənn haqqında ətraflı təsəvvür yaradır. Dərslər əsasən interaktiv şəkildə kompüter və proyektordan istifadə etməklə çox geniş ekranda  həm müəllimin, həm də tələbələrin prezentasiyaları əsasında keçirilir. Prezentasiyalar həm tələbələrin  uzun müddətli layihələrinin nəticəsi əsasında, həm də fəndən asılı olaraq dərs zamanı verilmiş tapşırıq əsasında hazırlanır. Tələbələr bu semestr ərzində 4-5 nəfərdən ibarət kiçik qruplara bölünürlər ki, bu da onların həm layihələrin hazırlanmasında, tədqiqatların aparılmasında, həm də müəllimin verdiyi tapşırıq və prezentasiyaların hazırlanmasında kömək edir. Prezentasiyalar da fərdi şəkildə deyil, qrupun hazırladığı layihənin birgə prezentasiyası olur.Ümumiyyətlə, fərdi tapşırıqlar çox nadir hallarda verilir. Mənim üçün ən maraqlı olan özəlliklərdən biri də budur ki, nəzəriyyəni kitablardan oxumağımıza baxmayaraq, bütün tapşırıqlar real təcrübə, faktlar, məlumatlar əsasında, sosial araşdırmalara əsasən aparılır, layihələr buna əsasən hazırlanır. Tələbələr hər hansı bir tapşırığı yerinə yetirmək üçün bəzən  Malayziyada fəaliyyət göstərən böyük şirkətlərlə əlaqə saxlamalı olur, müxtəlif iqtisadi təhlillər aparırlar. Bəzən hər hansı bir tapşırığı həll etmək üçün küçədə insanlar arasında sorğu keçirirlər. Bu məlumatlar real faktlara əsaslanır. Tələbə təhsil müddətində real təcrübi fəaliyyətlə də məşğul olur. Bundan başqa universitet tələbələr üçün çox geniş imkanlar yaradıb. Burada tələbənin rahatlığı üçün hər cür şərait var. Universitet kitabxanası olduqca zəngindir, burada hətta Azərbaycanın tarixi və mədəniyyəti haqqında da bir neçə kitaba rast gəlmişəm. Bütün tələbə şəhərciyi yüksək sürətli wi-fi internetlə təmin olunub. Geniş oxu zalları, sakit və rahat abu-hava yüksək səviyyəli təhsil almaq üçün çox gözəl imkan yaradır. Hər cür idman fəaliyyəti ilə məşğul olmaq üçün yüksək səviyyəli idman kompleksi var. Müxtəlif tələbə klubları fəaliyyət göstərir. Bu klublara üzv olmaqla müxtəlif tədbirlərdə, turist gəzintilərində iştirak etmək şansı əldə etmək olar. Tələbələrə yüksək şəkildə azadlıq verilib. Tələbə klubları istənilən tədbiri azad şəkildə keçirə bilirlər. Bunun üçün uzun zaman aparan icazə prosedurları tələb olunmur. Yalnız universitetin tələbə təşkilatının rəhbərliyindən icazə almaq kifayətdir. Eyni zamanda, mənim təhsil aldığım universitetdə 100-ə yaxın ölkədən tələbə təhsil alır ki, bu da müxtəlif ölkələrin, xalqların mədəniyyətləri ilə tanış olmağa, yeni əlaqələr yaratmağa çox gözəl imkandır.

Gündəlik  nə qədər xərciniz çıxır (əgər sirr deyilsə) ?
– Əlbəttə, sirr deyil. Ümumiyyətlə, Azərbaycanla müqayisə olunduqda Malayziyada ucuzluqdu. Xüsusən də tələbə üçün. Demək olar ki, bütün günü tələbə şəhərciyində olduğumdan çox az hallarda nəqliyyata pul xərcləyirəm. Əsasən xərcim yeməyə çıxır. Universitetdə müxtəlif ölkələrdən tələbə oxuduğu üçün mətbəxi də rəngarəngdir. Hansı yeməkxanada yeməyindən asılı olaraq qiymətlərdə fərqlər ola bilər. Orta hesabla gün ərzində 3-5 dollar arası xərcim çıxır. Universitetdən kənarda olduqda bu xərclər bir qədər çox ola bilər. Lakin bu nadir hallarda olur.

Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
– Tətil vaxtları istisna olmaqla, dərs vaxtlarında tələbənin çox az vaxtı olur. Boş vaxtımı əsasən, kitab oxumaq, İnternetdən Azərbaycanla bağlı xəbərləri izləmək, ailəm ve dostlarımla ünsiyyət saxlamaqla keçirirəm. Bəzən universitetin üzgüçülük hovuzuna gedirəm.

Malayziyalı tələbələr də bizim tələbələr kimi dərsə girməməyə üstünlük verir ?
– Burada dərsdə iştirak məcburi xarakter daşımasa da dərsdə iştirak etməmək sonda qiymətlərə və imtahan nəticələrinə öz təsirini göstərir. Çünki, müəllimdən asılı olaraq, davamiyyətin qiymətləndirilməsi dəyişə bilər. Bəzi müəllimlər yüksək, bəziləri isə aşağı faizlə qiymətləndirirlər. Ona görə tələbələr davamiyyətə riayət etməyə çalışırlar.

Malayziyada oxumayan tələbənin  aqibəti necə olur və əksinə oxuyan tələbələrə hansı  güzəştlər nəzərdə tutulur?
– Malayziyada tələbələr əsasən oxumağa çalışırlar. Ona görə kitabxana hər zaman tələbələrlə dolu olur. Amma  oxumayan tələbəyə imtahan nəticələri aşağı olduğu təqdirdə, verilmiş qiymət həddini aşmırsa, əvvəlcə rəsmi xəbərdarlıq olunur. Daha sonra bu davam edərsə, təbii ki, tələbə universitetdən xaric olunur. :))

Malayziyada təhsil almaq üçün hansı proqramla orda oxuyursan? Bunun üçün hansı  sənədlər tələb olunur və hara müraciət etmək  lazımdır?
– Mən öz araşdırmam əsasında universitet tapıb sənəd göndərdim və hal-hazırda MMgt (Master of Management) proqramı üzrə təhsil alıram.  Bunun üçün seçilmiş proqramın ərizə formasını doldurmalı (bunu universitetin veb səhifəsindən əldə etmək mümkündür),  bakalavr təhsilini təsdiq edən sənəd və akademik transkript, yəni təhsil müddətindəki qiymətlərdən çıxarış, təhsil seçimini əsaslandıran məktub (2 pages purposal essay), ingilis dili sertifikatı (TOEFL və ya İELTS), bu sertifikat olmadıqda tələbə Malayziyada ingilis dili imtahanı verməli, əgər lazım olan nəticəni göstərdisə birbaşa proqramına başlayır, əks təqdirdə universitetin dil hazırlıq kursuna getməlidir. Bütün sənədlərin ingilis dilinə tərcümə olunub natariusda təsdiq edilmiş forması təqdim olunmalıdır.

Təhsilini bitirdikdən sonra ölkəyə qayıtmamaq barəsində heç düşünmüsənmi?
– Sözün düzü, master dərəcəsi aldıqdan sonra doktorluq haqqında fikirləşirəm, amma bunu hələ dəqiqləşdirməmişəm. Yalnız doktorluq  oxuyacağım təqdirdə Azərbaycana qayıtmağım nisbətən uzana bilər. Amma hələ ki, master dərəcəsini aldıqdan sonra Azərbaycana qayıtmaq haqqında düşünürəm. Xaricdə əldə etdiyi bilikləri öz Vətənimizdə, millətimizin və dövlətimizin inkişafı üçün tətbiq etmək Azərbaycan hüdudlarından kənarda təhsil alan hər bir azərbaycanlı tələbənin borcu və üzərində olan məsuliyyətdir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button