Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Əksər imtahanlar esse formasında olduğu üçün bəzi tələbələr “şparqalka” əvəzinə öz esselərini ödənişli əsasla yazdıra bilirlər

Telebe.Az-ın Böyük Britaniyanın Queen Mary Universitetində (University of London) Miqrasiya və Hüquq ixtisası üzrə magistr dərəcəsində təhsil alan Nicat Rzayevlə müsahibəsi…

– Özünüz haqqında məlumat verin. Böyük Britaniyada təhsil alanadək Azərbaycanda harada oxumusunuz və hansı işlərlə məşğul olmusunuz?

İngiltərədə magistr dərəcəsi üzrə təhsil almağa gəlməmişdən öncə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və Bələdiyyə İdarəetməsi üzrə bakalavr təhsili almışam. Təhsillə yanaşı ictimai fəaliyyətlə məşğul olmaq məqsədi ilə İrəli İctima Birliyinə (İrəli İB) könüllü qismində üzv oldum, zamanla əvvəlki strukturda mövcud olan departamentlərin bir neçəsində idarə heyəti üzvü kimi, İdeoloji məsələlər üzrə departamentin sədr müavini qismində fəaliyyət göstərmişəm. Bununla yanaşı, Müasir Gənclər Şəbəkəsi İBdə İdarə heyətində fəaliyyət göstərmişəm. İctimai fəaliyyətlə yanaşı dil bacarığımı və dünya görüşümü artırmaq üçün müxtəlif dil kurslarına getmişəm.

– İngiltərədə təhsil almaq üçün hansı proqramla bu ölkəyə getmisən? Bunun üçün hara müraciət etmək lazımdır və hansı sənədlər tələb olunur?

– İngiltərədə təhsil almaq üçün Azərbaycan Respublikası Prezidentinin imzaladığı“2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gəlmişəm. Proqramda iştirak etmək üçün müsabiqə elan olunandan sonra Təhsil Nazirliyinə müraciət etmək lazımdır. Bu proqram mən də daxil olmaqla hər bir Azərbaycanlı gəncin arzularının realizə olma mexanizmidir və bunun üçün Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq.

Proqramdan iştirakın 2 yolu mövcuddur. Birincisi xarici Universitetə bilavasitə özün qəbul olub bu qəbulu təsdiq edən “İnvitation letter”i Təhsil Nazirliyinə digər zəruri sənədlərlə birlikdə təqdim etməklə. İkincisi yol Xarici Universitetə bilavasitə müraciət etmədən Təhsi Nazirliyinə müraciət edərək Nazirliyin xarici universitetlərlə müqaviləsi olan Xarici Universitetə qəbul olmaq.. Hər iki halda Təhsil Nazirliyinə təqdim ediləcək ümumi sənədlər mövcuddur. Bu sənədlər 3×4 ölçüdə 4 ədəd fotoşəkil, ərizə-əsaslandırma(iki dildə), tövsiyə məktubu (iki dildə), Xarici dil imkanlarını sübut edən beynəlxalq dərəcəli sərtifikat (GMAT, TOEFL, İELTS və. s), bakalavrın qiymət kitabçasınından çıxarışın tərcümə edilərək notariusda təsdiq edilmiş sürəti, iki dildə Tərcümeyi-hal (CV).

Proqramda iştirakın növbəti şərti ali məktəbə qəbul olarkən minimum 600 balın yığılmasıdır və əsas məqamlardan biri isə Xarici Universitetə bilavasitə özü qəbul olan tələbələrin (I yol) magistr imtahanında iştirakı zəruri deyil və minimal 80 bal yığmaq onlar üçün zəruri deyil. Bu şərt yuxarıda qeyd edilən II yolla proqrama qəbul olunan tələbələr üçün qoyulmuş şərtdir.

– İngiltərənin  kifayət qədər bahalı ölkə olduğu məlumdur. Sənin bir gün  üçün nə qədər xərcin  çıxır?

– Ortalama 20-25 pound və ya AZN ekvivalenti ilə 25-30 manat…

– İngiltərədə təhsil almaq arzusunda olan  yaxşı universiteti  necə seçe bilər?

– İngiltərədə təhsil almaq niyyəti olan gənclər aşağıda qeyd edilən 2 linkdə istədiyi ixtisasda axtarış verməklə yaxşı Universitet seçə bilərlər:

http://www.guardian.co.uk/education/universityguide

http://extras.timesonline.co.uk/gug/gooduniversityguide.php

– İqtisadi böhran İngiltərədəki əcnəbi tələbələrin  heyatına necə təsir edib?

– İqtisadi böhran təbii ki, həm əcnəbi, həm də yerli tələbələrin həyatına təsirsiz ötüşməyib. Beləki, son iki ildə əksər zəruri qida məhsullarının qiymətləri 2 dəfəyə qədər artıb. Amma hər bir halda tələbə özünün daha qənaətciliyi ilə digər sosial qruplardan fərqlənir.

– İngilis və əcnəbi tələblər imtahan zamanı “şparqalkadan” istifadə edirlər?

– Bizim bildiyimiz şparqalka bizim yeni Azərbaycanın təhsil sisteminə uyğun şparqalkadı. Burda əksər imtahanlar essay formasında olduğu üçün şparqalkadan istifade edilmir. Lakin müxtəlif tələbələr öz essaylərını müxtəlif qurumlarda ödənişli əsasla yazdıra bilirlər. Öz müşahidəmə əsaslanıb qeyd edə bilərəm ki, xoşbəxtlikdən Azərbaycan tələbələri üçün bu rast gəlinməyən haldır, çünki ödənişin dəyəri yüksəkdir.

– Orada müəllimə rüşvət təklif edən tələbəni nə gözləyir?

– Ümumi prosedura əsasən, bu məsələ ilə təqsirləndirilən tələbə Universitetin disiplin qaydalarına əsasən xəbərdarlıq edilər, ən pis halda isə Universitetdən kənarlaşdırıla bilər. Qeyd etmək istəyirəm ki, rüşvət məsələsi və ona yanaşma bu ölkədə çox ciddidi və heç bir tələbəyə məsləhət görməzdim!

Rəşad Mehbalıyev

/Telebe.Az/

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button