Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Əcnəbi tələbələr Ukraynadan çıxarılır

uk33fdUkraynada vəziyyətin günü-gündən gərginləşməsi, ölkənin Rusiya ilə açıq müharibə vəziyyətində olması burada təhsil alan xarici tələbələrdən də yan keçməyib. AzNews.az-a daxil olan məlumata görə, artıq ölkə rəhbərliyi xarici tələbələrin Ukraynadan çıxarılması üçün müvafiq qərarlar verib. Belə qərarlardan biri də Ukraynanın təhsil naziri Sergey Kvit tərəfindən imzalanıb.

Təhsil nazirinin bir neçə gün əvvəl imzaladığı əmrə əsasən Ukrayna ali tədris müəssisələrində təhsil alan tələbələr ölkəni tez bir zamanda tərk etməlidirlər. Əmrdə xüsusi olaraq qeyd olunub ki, xarici ölkə vətəndaş olan və Ukraynada ali təhsil alan tələbələr yaz sessiyasını vaxtından əvvəl verməlidirlər. Ukraynanın cənub-şərq bölgəsində təhsil alan tələbələrə xüsusi xəbərdarlıq edilib. Yaz sessiyasında imtahan verə bilməyənlər isə kəsirlərini sentyabrda ödəyə bilərlər.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Təhsil Nazirliyi də Ukraynada oxuyan tələbələrimizə bu ölkədəki vəziyyətlə bağlı xəbərdarlıq etmişdi.

1weder 10345014_783420688355759_1685929672_nas

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button